Atena MMC

Kimyaçı-laborant

Atena MMC
Ə/h razılaşma ilə
453
Tam iş günü
Ağcabədi, Azərbaycan
20.08.2025 00:00 - 20.09.2025 00:00

İş haqqında məlumat

  • Təchiz edilən tez xarab olan süd və süd məhsullarının qəbulunda keyfiyyətin fiziki-kimyəvi göstəricilərinə nəzarəti təmin etmək;
  • İstehsalın bütün mərhələlərində təsdiqlənmiş analiz metodlarına uyğun olaraq çiy süd, qatqı maddələri, yarımfabrikat və hazır məhsulların laborator analizlərini aparmaq;
  • Düzgün metodlarla nümunələrin götürülməsini, daşınmasını və saxlanılmasını təşkil etmək;
  • Aparılan sınaqların dəqiqliyini təmin etmək, nəticələri vaxtında və düzgün şəkildə qeydə almaq və müvafiq jurnallarda saxlamaq;
  • Süd daşıma tanklarının yuyulma keyfiyyətinə nəzarət etmək, avadanlıq və istehsal xətlərində CIP yuma və sanitar-gigiyenik vəziyyətin tələblərə uyğunluğunu yoxlamaq;
  • Dolum prosesində markalanma tələblərinə uyğunluğu yoxlamaq, keyfiyyətsiz qablaşdırmaları aşkar etmək və qeydiyyata almaq;
  • Aşkarlanan uyğunsuzluqlar barədə vaxtında laboratoriya rəhbərini məlumatlandırmaq.

İş şəraiti:

  • İş yeri: Ağcəbədi şəhəri, Ağalı kəndi;
  • İş vaxtı: Həftənin 6 günü; 09:00–dan 17:00 dək; 6-cı gün qısaldılmış;
  • Nahar şirkət tərəfindən təqdim edilir;
  • Servis şirkət tərəfindən təqdim edilir;
  • Əmək haqqı: razılaşma yolu ilə.

Maraqlanan namizədlər öz CV-lərini [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

Tələblər

  • Ali təhsil: texnoloji, tibbi, kimyaçı/biolog ixtisasları üzrə;
  • Sertifikat və ya kurslar: Arzuolunandır;
  • Laboratoriyada iş təcrübəsi minimum 6 ay;
  • Azərbaycan dili - mükəmməl, rus - arzuolunan;
  • Mülayim, stressə davamlı, komanda ilə işləmə bacarığı.

Bilməlidir:

  •  Analizlərin aparılma metodlarını;
  • Reagentlərin xassələrini və tətbiqini;
  • Laboratoriya avadanlıqları ilə işləmə qaydalarını;
  • Kimyəvi maddələrlə işləyərkən təhlükəsizlik əsasları və qaydaları;
  • Kimyəvi məhlulları hazırlamalı, analiz metoduna uyğun fiziki-kimyəvi və mikrobioloji analizlərin aparılması;
  • Müəssisədə istifadə olunan standartlar və metodları bilməli;
  • Laboratoriya sənədləri ilə işləmək bacarığı;
  • Keyfiyyət və qida təhlükəsizliyi standartlarını yaxşı bilməli, şəxsi gigiyena prosedurlarına riayət olunmasını təmin etməli.