"Fin-Plast İnternational" MMC

KİMYAÇI-LABORANT

"Fin-Plast İnternational" MMC
Ə/h razılaşma ilə
225
Növbəli iş
Bakı, Azərbaycan
08/09/2026 - 08/10/2026

İş haqqında məlumat

📍 İş yeri: Sumqayıt

  Vəzifə öhdəlikləri:

  • Xammal və istehsal prosesində istifadə olunan materiallardan nümunələrin götürülməsini və analiz üçün hazırlanmasını həyata keçirmək;
  • Xammal və hazır məhsulların müəyyən edilmiş fiziki-kimyəvi göstəricilərini laboratoriya şəraitində yoxlamaq;
  • Kimyəvi analizlər aparmaq və analiz nəticələrini laboratoriya jurnalında qeyd etmək;
  • Laboratoriya cihaz və avadanlıqlarından təlimatlara uyğun istifadə etmək;
  • Ölçü cihazlarının düzgün işləməsinə və laboratoriya avadanlıqlarının saz vəziyyətdə saxlanılmasına nəzarət etmək;
  • Analiz nəticələrini müəyyən edilmiş norma və göstəricilərlə müqayisə etmək;
  • Normadan kənar nəticələr aşkar edildikdə rəhbərliyə məlumat vermək;
  • Laboratoriyada istifadə olunan reaktivlərin, məhlulların və digər materialların uçotunu aparmaq;
  • Laboratoriyada təhlükəsizlik və kimyəvi maddələrlə işləmə qaydalarına riayət etmək.
     

Tələblər

  •  Kimya, Kimya mühəndisliyi və ya uyğun ixtisas üzrə ali təhsil;
  • Kimyəvi analiz metodları və laboratoriya avadanlıqları haqqında baza bilikləri;
  • MS Office proqramlarında işləmək bacarığı;
  • Diqqətli və dəqiq işləmək bacarığı;
  • Analitik düşünmə və məsuliyyətlilik;
  • Laboratoriya sənədləşməsini aparmaq bacarığı;
  • İstehsalat və ya laboratoriya təcrübəsi üstünlükdür;
  • Yalnız bəy namizədlər müraciət edə bilər.

   İş şəraiti:

💰 Əmək haqqı: Razılaşma yolu ilə
🕒 İş qrafiki: Növbəli
🍽️ Nahar: Şirkət tərəfindən təmin edilir
🚌 Servis: Sumqayıt daxili servis xidməti mövcuddur

📩 CV-lərinizi [email protected] elektron poçt ünvanına göndərə bilərsiniz.

📞 Əlavə məlumat üçün: +994 50 251 14 55