Bakı,
Azərbaycan
01/12/2025
-
01/01/2026
İş haqqında məlumat
- İstehsalatda istifadə olunan kimyəvi proseslərin texnoloji rejimlərinə nəzarət etmək;
- Kimyəvi xammalların, yarımfabrikatların və hazır məhsulların keyfiyyətini yoxlamaq və nəticələri sənədləşdirmək;
- Yeni texnologiyaların tətbiqi ilə məhsuldarlığın artırılması və istehsalat itkilərinin azaldılması üzrə təkliflər vermək;
- Kimyəvi reaksiya şəraitlərini (temperatur, təzyiq, zaman və s.) optimallaşdırmaq;
- Kimyəvi maddələrlə işləyərkən təhlükəsizlik texnikası qaydalarına ciddi riayət olunmasını təmin etmək;
- İstehsalat zamanı baş verə biləcək kimyəvi nasazlıqların və təhlükəli vəziyyətlərin qarşısını almaq;
- Laborator analizlərin nəticələrinə əsaslanaraq prosesin keyfiyyətinə nəzarət etmək;
- Müəssisədə tətbiq olunan texniki sənədləri (texnoloji xəritələr, təlimatlar, göstərişlər və s.) hazırlamaq və yeniləmək;
- Qanunvericiliyə və standartlara uyğun sertifikatlaşdırma və yoxlamalarda iştirak etmək;
- Aylıq və ya illik hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi.
Şirkət təklif edir:
- Əmək Haqqı 900 AZN;
- İş saatı 08:00 dan 17:00;
- Nahar;
- Servis.
İş yeri Abşeron rayonu Aşağı Güzdək qəsəbəsi.
Tələblər
Təhsil:
- Ali təhsil (kimya, kimya mühəndisliyi və ya texnoloji ixtisaslar üzrə).
İş təcrübəsi:
- İxtisas üzrə minimum 1-3 il iş təcrübəsi (məhsuldar istehsalat sahələrində üstünlükdür).
Bacarıqlar və biliklər:
- Ümumi və analitik kimya üzrə dərin biliklər;
- Texnoloji proseslərin avtomatlaşdırılması və nəzarəti sahəsində anlayış;
- Laborator analiz metodları və avadanlıqları üzrə təcrübə;
- MS Office proqramlarında işləmə bacarığı;
- Müstəqil işləmək və problem həll etmək bacarığı;
- Texniki sənədlərlə işləmək bacarığı.
Digər tələblər:
- İşdə diqqətlilik və dəqiqlik;
- Komanda ilə işləmə qabiliyyəti;
- Peşəkar etik davranış və məsuliyyət hissi;
- Təhlükəsizlik qaydalarına ciddi riayət.
Maraqlanan namizədlər cv-lərini "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Əlaqədar şəxs İnasan Resursları üzrə Menecer Orxan Cavadzadə