Storm Solutions MMC

Kimyəvi qatqılar üzrə fəhlə

Storm Solutions MMC
Ə/h razılaşma ilə
508
Tam iş günü
Bakı, Azərbaycan
09/04/2026 - 23/04/2026

İş haqqında məlumat

  • Tələb olunan kimyəvi qatqıların müəyyən edilmiş miqdarda hazırlanması və istehsal prosesinə əlavə olunması;
  • Qatqıların tələblərə uyğun dozalanması və qarışığa əlavə olunması zamanı istifadə olunan avadanlıqların işə salınması, tənzimlənməsi və nəzarətdə saxlanılması;
  • İstehsalat avadanlıqlarının təmizliyinə və işlək vəziyyətdə saxlanmasına nəzarət etmək;
  • İstehsalat prosesində kimyəvi qatqılarla bağlı qeyri-adi hallar barədə dərhal rəhbərliyə məlumat vermək;
  • Əmək təhlükəsizliyi, yanğın təhlükəsizliyi və ətraf mühitin mühafizəsi qaydalarına riayət etmək;
  • Qatqıların saxlanma müddətinə və istifadəyə yararlılıq tarixlərinə nəzarət etmək, vaxtı keçmiş maddələri ayırmaq və rəhbərliyə bildirmək;
  • Kimyəvi qatqıların vizual ilkin keyfiyyətinə nəzarət – rəngi, nəmliyi, kənar hissəciklərin miqdarı və s.;
  • Xammal qarışdırıcısının iş prinsipini bilmək və düzgün istismar qaydalarına riayət etmək;
  • Növbə ərzində işlədiyi sahədə təmizlik işlərini aparmaq;
  • İş yerini, avadanlıqları və ətraf mühiti təmiz və sanitariya qaydalarına uyğun saxlamaq;
  • Şirkət üzrə verilən əmr və sərəncamların, iş təlimatlarının və SƏTƏM üzrə təlimatların tələblərinin yerinə yetirilməsi;
  • Ona həvalə olunmuş avadanlığın, cihazların, alətlərin və ləvazimatların saz və nizam vəziyyətdə saxlanılması və onların təhlükəsiz, texniki cəhətdən düzgün istismarı;
  • İş yerində təhlükəsiz əmək şəraitinin təmin edilməsi və iş təlimatlarının tələblərinin yerinə yetirilməsi;
  • Fərdi mühafizə vasitələrindən (FMV) düzgün istifadəsi;
  • Daxili əmək intizamı qaydalarına riayət etmək;
  • Fövqəladə vəziyyətlərdə (yanğın, zəlzələ, sel, güclü külək və s.) təsdiqlənmiş təxliyyə planına uyğun hərəkət edilməsi;
  • API SPEC Q1, ISO 9001, 14001, 45001 və 50001 standartlarına uyğun sənədlərin tətbiqi;
  • Rəhbərliyin verdiyi digər tapşırıqların icrası.

İş yeri: Qaradağ rayonu, Qobustan qəsəbəsi (Quru qarışıqlar istehsalı)


 

Tələblər

  • Orta təhsil (texniki peşə təhsili üstünlükdür); 
  • Tikinti sahəsində, xüsusilə sənaye və istehsalat obyektlərinin inşasında minimum 1 il iş təcrübəsi;
  • Sahədə operativ qərarvermə və problemlərin həll etmə qabiliyyəti;
  • Yüksək məsuliyyət, dəqiqlik və iş intizamı.

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.