Bakı,
Azərbaycan
24/07/2026
-
24/08/2026
İş haqqında məlumat
- "FABRİORA GROUP" MMC ölkəmizdə müasir texnologiyalar əsasında "PREDO", "MİNİ BOSS" markalı uşaq bezləri, "LA LUNA" markalı mətbəx dəsmalları, tualet kağızları, stolüstü salfetlər, toz yuyucu vasitələr, maye yuyucular, nəm salfetlər və digər gigiyenik məhsullar istehsal edən aparıcı yerli müəssisələrdən biridir.
- Biz dinamik böyüyən komandamıza istehsalat avadanlıqlarının fasiləsiz və təhlükəsiz fəaliyyətini təmin etmək üçün KİP və Avtomatlaşdırma Mühəndisi axtarırıq!
Vəzifə və Öhdəliklər:
- İstehsalat sahəsindəki avtomatlaşdırma sistemlərinin və KİP (kontrol-ölçü cihazları və avtomatika) avadanlıqlarının fasiləsiz işini təmin etmək;
- PLC, HMI panel, sensorlar və tezlik çeviricilərinin nizamlanması, proqramlaşdırılması və nasazlıqlarının aradan qaldırılması;
- Elektrik və avtomatlaşdırma sxemlərini oxumaq, baş verən texniki xətaları dərhal müəyyən edib həll etmək;
- İstehsalat avadanlıqlarına dövrü texniki xidmət göstərmək, profilaktik və təmir işlərini həyata keçirmək;
- Ölçü cihazları ilə dəqiq ölçmələrin aparılması və kalibrləmə proseslərinə nəzarət edilməsi;
- İş zamanı texniki təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına riayət olunması.
İş şəraiti və təkliflərimiz:
- Əməkhaqqı: İlkin 1850 AZN
- İş rejimi: Növbəli iş rejimi / 6 günlük iş həftəsi
- Qidalanma: Nahar şirkət tərəfindən verilir
- Rəsmiləşdirmə: AR Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi
- Sabit, uzunmüddətli və perspektivli iş mühiti
- İş yerinin ünvanı: AZ 1083, Bakı şəhəri, Qaradağ rayonu, Salyan şosesi 25
Tələblər
- Cins: Bəy namizədlər
- Təhsil: Elektrik və avtomatlaşdırma sahəsində ali və ya orta ixtisas təhsili
- Təcrübə: İstehsalat avadanlıqlarının texniki xidmət və təmir təcrübəsi
Bilik və bacarıqlar:
- PLC, HMI, sensor və tezlik çeviriciləri ilə işləmə bacarığı;
- Elektrik sxemlərini oxuma və nasazlıqları aradan qaldırma bacarığı;
- Ölçü cihazları ilə işləmək bacarığı.
- Şəxsi keyfiyyətlər: Məsuliyyətli, intizamlı və komanda ilə işləmə bacarığı
- Növbəli iş rejimində işləməyə hazır olmaq.
Müraciət qaydası:
- Tələblərə cavab verən namizədlər CV-lərini təqdim olunan elektron poçt ünvanına göndərə, zəng edə və ya WhatsApp vasitəsilə əlaqə saxlaya bilərlər.
- E-poçt: [email protected]
- Əlaqə nömrəsi / WhatsApp: 077 223 10 11 (Rövşən Kərimov)
Mövzu hissəsi: E-poçt vasitəsilə müraciət edərkən məktubun mövzu yerində "KİP və Avtomatlaşdırma Mühəndisi" qeyd olunması mütləqdir.