Bakı,
Azərbaycan
23/04/2026
-
07/05/2026
İş haqqında məlumat
- Şirkət tərəfindən göndərilən məhsulların qəbul edilməsi və müvafiq olaraq yerləşdirilməsi;
- Satışla bağlı müxtəlif qayda və prosedurlar, o cümlədən kampaniyalar haqqında məlumatın vaxtında öyrənilməsi və tədbiq edilməsi;
- Müştərilərin mağazada qarşılanması, onların tələbatının öyrənilməsi, məhsullar haqqında ətraflı və doğru məlumatın verilməsi;
- Müştərinin tələbatına uyğun olaraq müştəriyə düzgün seçim etməkdə köməklik göstərilməsi;
- Mağaza menecerinin tapşırıqlarının vaxtında və tələb olunan qaydada yerinə yetirilməsi.
İş barədə:
- Növbəli iş qrafiki ;
- Stabil əmək haqqı
Bakı şəhəri, Xəzər rayonu, "Heydər Əliyev adına Hava Limanı", 1-ci Beynəlxalq Terminal, "A" zonası, 3-cü mərtəbə.
Tələblər
- Ali təhsil;
- Müvafiq sahə üzrə ən azı 1 illik iş təcrübəsi olmalı;
- Kitablar və müəlliflər barədə məlumatlı olmaq;
- Azərbaycan dilini mükəmməl bilməli, rus dilini (danışıq, özünüifadə baxımından);
- Cəld, operativ, diqqətcil və işə qarşı məsuliyyətli olmalı.
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.