Gabala Hospitality Group

Klaster Spa və Sağlamlıq şöbəsinin meneceri

Gabala Hospitality Group
Ə/h razılaşma ilə
675
Tam iş günü
Qəbələ, Azərbaycan
14/01/2026 - 28/01/2026

İş haqqında məlumat

  • Spa və Sağlamlıq şöbələrinin bir neçə obyekt üzrə (multi-property) effektiv idarə olunması;
  • Otellər arasında vahid xidmət standartlarının tətbiqi və davamlı nəzarət;
  • Spa və Sağlamlıq personalının idarə edilməsi, təlimlərin təşkili və performansın qiymətləndirilməsi;
  • Gündəlik, aylıq və illik satış hədəflərinə nəzarət, nəticələrin təhlili və hesabatların hazırlanması;
  • Spa gəlirliliyinin artırılması üçün strateji planların hazırlanması (xidmət paketləri, qiymət siyasəti, upselling, retail satışlar);
  • Büdcə, forecast və maliyyə göstəricilərinə (P&L, KPI) nəzarət;
  • Qonaq məmnuniyyətinin təmin edilməsi, şikayət və sorğuların operativ və effektiv həlli;
  • Yeni Spa və Sağlamlıq xidmətlərinin hazırlanması və tətbiqi üzrə təkliflərin verilməsi;
  • Texniki, sanitariya və təhlükəsizlik standartlarına nəzarət;
  • Marketinq və satış komandası ilə koordinasiyalı işləyərək Spa xidmətlərinin tanıdılması;
  • Beynəlxalq Spa & Wellness brend standartlarının (SOP) icrasına və auditlərə hazırlığa nəzarət.

İş şərtləri:

  • İş yeri: Qəbələ şəhəri.
  • Rəsmi əmək müqaviləsi.
  • Əmək haqqı: Namizədin təcrübə və səriştələrinə uyğun olaraq, bazar şərtlərinə əsasən rəqabətqabiliyyətli əmək haqqı təyin ediləcək.
  • İş fəaliyyəti tam ştat üzrə Qəbələ şəhərində həyata keçirilir. Şirkət tərəfindən yaşayış (kirayə ev) və servis təmin olunur.
  • GHG-nin daxili siyasətinə uyğun digər imtiyaz təminatları.

Tələblər

Təcrübə: 

  • Minimum 3–5 il rəhbər vəzifədə Spa & Sağlamlıq / Wellness sahəsində iş təcrübəsi; 
  • Brend hotellərin Spa & Wellness şöbəsində rəhbər vəzifədə iş təcrübəsi mütləqdir;
  • Klaster və ya multi-property idarəetmə təcrübəsi üstünlükdür.

Təhsil: Ali təhsil (turizm, idman, menecment və ya əlaqəli sahələr üstünlükdür);

  • Dil bilikləri: Azərbaycan və İngilis dili işgüzar səviyyədə (fluent), Rus dili arzuolunandır

Bacarıqlar:

  • Güclü idarəetmə və liderlik bacarıqları
  • Müştəriyönümlülük və nəticə fokuslu yanaşma
  • Analitik düşüncə və maliyyə anlayışı
  • Komanda ilə işləmək və effektiv kommunikasiya bacarığı

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.