Turan Voleybol Klubu

Klub Meneceri

Turan Voleybol Klubu
1300 ₼
292
Tam iş günü
Bakı, Azərbaycan
26/05/2026 - 26/06/2026

İş haqqında məlumat

  • Klubun gündəlik inzibati və təşkilati fəaliyyətini idarə etmək. 
  • Məşq qrafiklərini, oyun və turnir tədbirlərini koordinasiya etmək. 
  • Komandanın (idmançılar, məşqçilər və heyət) bütün sənədləşmə, müqavilə və sığorta işlərini icra etmək. 
  • Yerli (AVF) və beynəlxalq (CEV, FIVB) federasiyalarla transfer, lisenziya və rəsmi yazışmaları idarə etmək. 
  • Xarici heyətin (legionerlərin) viza, miqrasiya sənədləşməsi və yaşayış ehtiyaclarını koordinasiya etmək. 
  • Ev və səfər oyunlarının, turnirlərin logistik və təşkilati (Matchday) hazırlıq işlərini görmək. 
  • Yerli və beynəlxalq tərəfdaşlarla əlaqələri saxlamaq, sənəd mübadiləsini aparmaq. 
  • Klubun media, sosial şəbəkə (PR) və marketinq fəaliyyətinin icrasına kömək etmək. 
  • Görülən işlər barədə klub rəhbərliyinə dövri hesabatlar təqdim etmək. 

Şirkət təklif edir: 

  • AR Əmək Məcəlləsinə uyğun olaraq rəsmi qeydiyyat. 
  • Dinamik və inkişaf edən idman mühitində karyera imkanı. 
  • Klubun uğurlarından asılı olaraq illik bonus sisteminə daxil olma.

Əlavə malumat: 

  • Əmək haqqı: 1300+ (NET)  (namizədin bilik və bacarıqlarına uyğun olaraq müsahibə əsasında təyin olunacaq) 
  • İş qrafiki: Tam ştat (I-VI günlər, 09:00 - 18:00) 
  • Ünvan: Bakı şəhəri 

Tələblər

  •  Ali təhsil.
  • 25 yaşdan yuxarı namizədlərə üstünlük veriləcək. 
  • Azərbaycan, Rus və İngilis dillərində səlis danışıq və peşəkar işgüzar yazı bacarığı (Mütləqdir). 
  • Sənədləşmə, kargüzarlıq və ya inzibati menecment sahəsində minimum 2 il iş təcrübəsi. 
  • MS Office proqramları (xüsusilə Word, Excel) ilə yüksək səviyyədə işləmək bacarığı. 
  • İşgüzar sənədləşmə standartlarını və müqavilə formalarını bilmək. 
  • Yüksək ünsiyyət, məsuliyyət və detallara diqqət yetirmək qabiliyyəti. 

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.