Rockvel Construction

Kommersiya mütəxəssisi

Rockvel Construction
Ə/h razılaşma ilə
191
Tam iş günü
Bakı, Azərbaycan
26/05/2026 - 09/06/2026

İş haqqında məlumat

  • ERP sistemində kommersiya müqavilələri, layihə smetaları, büdcə və xərc məlumatlarının düzgün işlənməsi;
  • Mühasibatlıq, kommersiya, satınalma və anbar məlumatlarının üzləşdirilməsi;
  • Təchizatçı və subpodratçılardan daxil olan e-qaimə, akt, Forma 2 və Forma 3 sənədlərinin yoxlanılması;
  • Layihələr üzrə faktiki xərclərin izlənməsi və büdcədən kənaraçıxmalar barədə hesabatların hazırlanması;
  • Həftəlik və aylıq ödəniş planlarının hazırlanmasına dəstək;
  • Debitor və kreditor borclar üzrə üzləşmə sənədlərinin hazırlanması;
  • Puantaj məlumatlarının toplanması və əməkhaqqı hesablamaları üçün mühasibatlıqla koordinasiya;
  • Rəhbərlik üçün kommersiya və maliyyə hesabatlarının hazırlanması.

Əmək haqqı müsahibə əsasında formalaşacaq.


 

Tələblər

  • Maliyyə, mühasibatlıq, iqtisadiyyat və ya əlaqəli sahə üzrə ali təhsil;
  • ERP sistemləri və MS Excel ilə işləmə bacarığı;
  • Smeta, büdcə, e-qaimə, akt və ödəniş sənədləri ilə işləmə anlayışı;
  • Analitik düşüncə, dəqiqlik və məsuliyyətlilik;
  • Tikinti sahəsində təcrübə üstünlükdür.

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.