Bakı,
Azərbaycan
18.09.2025 05:08
-
18.10.2025 12:00
İş haqqında məlumat
- Bazarın analizi, rəqib və təchizatçı təkliflərinin monitorinqi;
- Müəyyən edilmiş tapşırıqları vaxtında yerinə yetirmək və hesabat təqdim etmək;
- Qiymət siyasətinin hazırlanmasında və nəzarətində kömək etmək;
- Daxili tenderlərin keçirilməsi;
- Kateqoriyalara görə şirkətlərə tender dəvətləri göndərmək, tələb edilən təsnifat sənədlərinin təminini təşkil etmək;
- Texniki və maliyyə qiymətləndirməsini təşkil edib iştirak etmək;
- Tender protokollarını hazırlamaq;
- Xidmət və ya iş sifarişlərində göstərilən texniki özəllikləri nəzərə alaraq təchizatçılar, podratçılar və xidmət təminatçıları ilə qiymətlərini müzakirə etmək;
- Böyük satınalmalar və ya layihələr barədə məlumat toplantılarını təşkil etmək və iştirak etmək;
- Müxtəlif müqavilələrin tərtibatı, hazırlanması və razılaşdırılması;
- Tender sonrası müqavilələrinin hazırlanması (subpodrat müqavilələr), tamlığına/bütövlüyünə nəzarət edilməsi,icra olunacaq işin predmetinə uyğunlaşdırılması;
- Kommersiya şöbəsi ilə bağlı hər hansı sənədlərin (müqavilələr, məktublar, dəyişikliklər, qəbul aktları və s.) hazırlanması, əlaqələndirilməsi və idarə edilməsi;
- İmzalanmış müqavilələrin planlaşdırılması, icrası və idarə edilməsi (müqavilə öhdəliklərinin vaxtında və müqavilə şərtlərinə uyğun yerinə yetirilməsini təmin etmək, müqaviləyə əlavə və dəyişikliklərin icrası, Podratçılarla işlərin əlaqələndirilməsi və s.);
- Qarşı tərəflər ilə bağlanmış müqavilə şərtlərinə qarşı firmalar riayət etməzsə cərimə və digər təminat tədbirlərinin həyata keçirilməsinə nəzarət etmək;
- Müqavilə yazışmalarının aparılması, mübahisəli məsələlərə baxılması;
- Müqavilələrin reyesterinin aparılması;
- Müqavilələrin elektron reyestr sistemini mütəmadi olaraq yoxlamaq və müqavilələri yeniləmək.
İş şəraitimiz:
- Əmək haqqı müsahibə zamanı müəyyən ediləcək;
- İş qrafiki 5 günlük, 09.00-18.00;
- Mehriban komanda;
- Perspektivli iş şəraiti.
İş yeri: Bakı, 7 mik.r. Dərnəgül m.s. Elit Park ərazisində yerləşir
Maraqlanan namizədlərdən CV-lərini mövzu hissəsində vakansiyanın adını qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməkləri xahiş olunur.
Tələblər
- Ali təhsil (İqtisadi təhsilin olması üstünlükdür);
- Azərbaycan dili, rus dili üstünlükdür;
- Müvafiq sahədə 3 ilə yaxın iş təcrübəsi;
- MS Office (Word, Excel) yüksək səviyyədə bilmək;
- Sənədləşdirmə və yazışma işlərini yüksək səviyyədə bacarmaq;
- Tikinti sahəsi barədə məlumatlı olması;
- Müqavilələrlə iş təcrübəsi;
- Yüksək riyazi-analitik qabiliyyət, ünsiyyət və təqdimetmə bacarıqlarına malik olmaq, planlama qabiliyyəti