PARLA Pharmaceuticals

Kommersiya və Logistika üzrə menecer

PARLA Pharmaceuticals
Ə/h razılaşma ilə
2068
Tam iş günü
Bakı, Azərbaycan
31.07.2025 10:42 - 31.08.2025 12:00

İş haqqında məlumat

  • Kommersiya münasibətlərinin idarə edilməsi və icrası;
  • Xidmət təchizatçıları ilə kommersiya şərtlərinin müzakirə edilməsi və görüşlərin keçirilməsi;
  • Xidmət təchizatçıları ilə müqavilə və sazişlərin hazırlanmasında iştirak edilməsi, müqavilə üzrə kommersiya öhdəliklərinin yerinə yetirilməsinə nəzarət edilməsi və müvafiq proseslərin idarə edilməsi;
  • Cari təchizatçılarla mütəmadi həftəlik cari sifarişlər və proqnozlar üzərindən görüşlərin keçirilməsi;
  • Yeni təchizatçılarla müvafiq danışıqların aparılması, kommersiya şərtlərinin və təkliflərinin hazırlanması, müqavilə və sazişlərin hazırlanmasında iştirak edilməsi, müqavilə üzrə kommersiya öhdəliklərinin yerinə yetirilməsinə nəzarət edilməsi və müvafiq proseslərin idarə edilməsi;
  • Distribyutorlarla müvafiq danışıqların aparılması, kommersiya şərtlərinin və təkliflərinin hazırlanması, müqavilə və sazişlərin hazırlanmasında iştirak edilməsi, müqavilə üzrə kommersiya öhdəliklərinin yerinə yetirilməsinə nəzarət edilməsi və müvafiq proseslərin idarə edilməsi;
  • Cari təchizatçılarla bağlanmış müqavilə çərçivəsində sifariş və yükləmələrə (çatdırılmaya) uyğun şəkildə ödənişlərin izlənilməsi və müvafiq sənədləşmələrin aparılması ;
  • Distribyutorlarla bağlanmış müqavilə çərçivəsində sifariş və yükləmələrə (çatdırılmaya) uyğun şəkildə ödənişlərin izlənilməsi və müvafiq sənədləşmələrin aparılması ;
  • Müvafiq tərəfdaşlarla münasibətlərin saxlanılması, mütəmadi tələbə uyğun görüşlərin keçirilməsi;
  • Müvafiq tenderlərdə Parlanın birbaşa və ya dolayı iştirakı üçün tələb olunan məlumat, təklif, hesablamalar və hesabatların hazırlanması, ümumi işə dəstək verilməsi və görüşlərdə iştirak edilməsi;
  • İş yeri- Time Biznes Mərkəzi;
  • İş saatları- 09:00-18:00 – 5 günlük iş rejimi;
  • Tibbi sığorta və danışıq paketi.

Tələblər

  • Satış komandasının təqdim etdiyi tələbat və proqnozlara əsasən təchizatçılardan edilən sifariş, proqnoz, yükləmə və çatıdırılma işinin təşkili, izlənilməsi, müvafiq hesabatların hazırlanması ;
  • Sifariş tələbinə uyğun olaraq təchizatçılara sifarişlərin vaxtında və düzgün verilməsi, qeydiyyat şöbəsi ilə razılaşdırılıb təsdiqlənməsi;
  • Təchizatçılarla sifarişlərin tənzimlənməsi və istehsal və logistika statuslarına və proseslərinə nəzarət edilməsi və izlənilməsi;
  • Hər bir təchizata dair müvafiq keyfiyyət və digər tələblərin və sənədlərin əlaqədar funksiyalarla birgə yoxlanılması, təsdiqlənməsi, təchizat prosesinin izlənilməsi və ümumi nəzarət edilməsi və müvafiq qayda və tələblərə uyğun sənədləşdirmə və arxivləşdirmənin aparılması ;
  • Parlanın anbarında stoklara nəzarət edilməsi, mal ehtiyatlarının saxlanılması və dərman vasitələrinin bazarda mövcudluğunun təmin edilməsi;
  • Rəqiblərin fəaliyyəti barədə, həmçinin ölkədə biznes fəaliyyətə təsir edə biləcək ümumi və qanunvericilikdə edilmiş hər hansı dəyişikliklər barədə məlumatların rəhbərliyə təqdim olunması;
  • Kommersiya işləri üzrə komitə toplantılarında iştirak edilməsi.