Kommunal və ümumi xərclərə nəzarət üzrə mütəxəssis
OBA marketlər şəbəkəsi
Ə/h razılaşma ilə
160
Tam iş günü
Bakı,
Azərbaycan
08/09/2026
-
08/10/2026
İş haqqında məlumat
- Kommunal və ümumi xərclərin mərkəzləşdirilmiş şəkildə idarə olunmasını təmin etmək;
- Kommunal xərclər üzrə artıq və əsassız ödənişləri müəyyən etmək, səbəblərini təhlil etmək və aradan qaldırılması üçün təkliflər hazırlamaq;
- Yüksək kommunal xərc yaradan mağazaları təhlil etmək və xərc səbəblərini araşdırmaq;
- Hər bir mağaza üzrə xərclərin azaldılması və qənaətin artırılması məqsədilə fəaliyyət planları hazırlamaq;
- Kommunal və ümumi xərclərin aylıq monitorinqini aparmaq, hesabatlar hazırlamaq və nəticələri təqdim etmək;
- Xərclərin optimallaşdırılması və resurslardan səmərəli istifadə istiqamətində layihələr hazırlamaq və icrasında iştirak etmək;
- Aidiyyəti struktur bölmələri ilə koordinasiyalı işləmək;
- Xərclərin idarə olunması ilə bağlı təkliflər hazırlamaq və proseslərin təkmilləşdirilməsinə dəstək vermək.
İş qrafiki: 5 günlük iş həftəsi;
İş saatları: 09:00 – 18:00;
Tələblər
- Maliyyə, İqtisadiyyat, Biznesin idarə edilməsi və ya digər uyğun ixtisas üzrə ali təhsil;
- Maliyyə təhlili, xərclərin idarə olunması sahədə minimum 1 il iş təcrübəsi;
- MS Office proqramlarını, xüsusilə Excel proqramını yüksək səviyyədə bilmək;
- Analitik düşünmə və məlumatların təhlili bacarığı;
- Hesabatların hazırlanması və təqdimat bacarığı;
- Problem həll etmə, planlaşdırma və nəticəyönümlülük;
- Komanda ilə işləmək və müxtəlif struktur bölmələri ilə effektiv kommunikasiya qurmaq bacarığı.
- Mağazalarda xərclər üzrə monitorinq aparmaq imkanı (Gündüz)
Vakansiya növü - Tam ştat
İmtiyazlar
- Korporativ təlim və inkişaf imkanları;
- Karyera yüksəlişi perspektivi;
- Nahar təminatı
- Nəqliyyat xidməti