Kommunikasiya sektorunun müdiri
İçərişəhər Dövlət Tarix - Memarlıq Qoruğu İdarəsi
Ə/h razılaşma ilə
895
Tam iş günü
Bakı,
Azərbaycan
25/02/2026
-
11/03/2026
İş haqqında məlumat
- Qurumun kommunikasiya strategiyasının hazırlanmasını, icrasını və davamlı təkmilləşdirilməsini təmin etmək;
- İctimai imicin və reputasiya idarəçiliyini sistemli şəkildə təşkil etmək;
- Media qurumları, ictimaiyyət, tərəfdaşlar və digər maraqlı tərəflərlə əlaqələri qurmaq və inkişaf etdirmək;
- Qurumun fəaliyyəti üzrə təqdimatların, çıxış mətnlərinin və kommunikasiya kontentinin hazırlanmasını təşkil etmək;
- Kommunikasiya kampaniyalarının, ictimai tədbirlərin və məlumatlandırma təşəbbüslərinin planlaşdırılması və icrasına rəhbərlik etmək;
- Rəqəmsal kommunikasiya kanalları (veb-sayt, sosial media və s.) üzrə fəaliyyətə və yayımlanan məlumatların keyfiyyətinə nəzarət etmək;
- Böhran kommunikasiyası üzrə hazırlıq səviyyəsini artırmaq və müvafiq tədbirləri koordinasiya etmək;
- Çap və vizual məhsulların (buklet, plakat, flayer, jurnal, təlimat kitabçaları və s.) hazırlanması prosesini və dizayn keyfiyyətini koordinasiya etmək;
- Hədəf auditoriyalarla sistemli işin qurulmasını və effektiv əks-əlaqə mexanizmlərinin tətbiqini təmin etmək;
- Kommunikasiya fəaliyyətinin effektivliyini ölçmək, təhlil etmək və hesabatlılığı təmin etmək;
- İctimaiyyətlə əlaqələr və rəqəmsal kommunikasiya sahəsində beynəlxalq təcrübəni izləmək, innovativ alət və yanaşmaları iş prosesinə tətbiq etmək;
- Tabeliyində olan komandanın fəaliyyətini təşkil etmək, performansını idarə etmək və peşəkar inkişafını dəstəkləmək.
Tələblər
- İctimaiyyətlə əlaqələr, kommunikasiya və ya marketinq sahəsində minimum 5 il peşəkar təcrübə;
- Azı 2–3 il rəhbər vəzifədə (şöbə, bölmə və ya komanda səviyyəsində) təcrübə;
- Dövlət qurumları, mədəniyyət, turizm və ya böyük institusional mühitlə iş təcrübəsi üstünlükdür;
- Strateji düşüncə, analitik yanaşma və güclü planlama bacarığı;
- Yaradıcı ideyalar formalaşdırmaq və onları icraya çevirmək qabiliyyəti;
- Rəqəmsal kommunikasiya, sosial media idarəçiliyi və media münasibətləri üzrə praktik biliklər;
- Yüksək kommunikasiya və təqdimat bacarıqları;
- Ali təhsil (kommunikasiya, marketinq, jurnalistika və ya əlaqəli sahə üzrə);
- Azərbaycan dili – mükəmməl, ingilis dili – yaxşı səviyyədə (rus dili üstünlükdür)
- Məsuliyyətli, təşəbbüskar və nəticəyönümlü yanaşma.
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.