Radius MMC

Kommunikasiya üzrə koordinator (qadın)

Radius MMC
800 - 900 ₼
1784
Tam iş günü
Bakı, Azərbaycan
20.10.2025 05:35 - 20.11.2025 12:00

İş haqqında məlumat

  • Xarici təchizatçılarla gündəlik e-poçt yazışmalarını aparmaq, cavablandırmaq və izləmək;
  • Təchizatçılardan kommersiya təkliflərini (price list, proforma invoice və s.) toplamaq və sistemə daxil etmək;
  • Satınalma və logistika şöbəsi üçün lazımi məlumatları vaxtında təqdim etmək;
  • Gömrük və logistika prosesləri üçün tələb olunan sənədləri təchizatçılardan vaxtında almaq və uyğun şöbələrə yönləndirmək;
  • Təchizatçılarla əməkdaşlıq çərçivəsində yaranan sualları, gecikmələri və dəyişiklikləri vaxtında menecerə bildirmək;
  • Bütün yazışmaların və sənədlərin arxivləşdirilməsini təmin etmək;
  • Rəhbərliyin tapşırıqlarına uyğun olaraq, bazar araşdırması və qiymət müqayisəsi aparmaq;
  • Tələb olunduqda xarici tərəfdaşlarla onlayn görüşlərin təşkilinə və tərcüməsinə dəstək vermək.

İş şəraiti:

  • İş saatı : 09:00-18:00;
  • Nahar şirkət tərəfindən qarşılanır;
  • İş rejimi: Həftənin 6 günü; istirahet günü - bazar;
  • İş yeri: Babək pr., M.H.Kazımov küç., 8;
  • Əmək haqqı: 800 - 900 AZN (GROSS);
  • Şirkət: Radius Təkər Mərkəzi.

Maraqlananlar CV-lərini qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Elektron məktubun mövzu (subject, тема) hissəsində “Kommunikasiya üzrə koordinator” yazmaq tələb olunur. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Tələblər

  • Cins: Qadın;
  • Yaş həddi: 20-35 yaş;
  • Ali təhsil (xarici dillər, iqtisadiyyat, beynəlxalq münasibətlər və s. sahələrdə üstünlük verilir);
  • Müvafiq vəzifə üzrə 3 il iş təcrübəsi;
  • MS Office;
  • Dil bilikləri: Azərbaycan, Ingilis və Rus dilləri səlis (yazılı və şifahi səviyyədə);
  • E-poçt yazışmalarında biznes etikası qaydalarına riayət etmək bacarığı;
  • Şəxsi keyfiyyətlər: intizamlı, məsuliyyətli, punktual, diqqətli, ünsiyyətcil və çalışqan;
  • Komandada işləmək bacarığına malik olan.