Azərbaycan Üzgüçülük Federasiyası

Kommunikasiya və beynəlxalq əlaqələr üzrə baş mütəxəssis

Azərbaycan Üzgüçülük Federasiyası
Ə/h razılaşma ilə
927
Tam iş günü
Bakı, Azərbaycan
16/04/2026 - 30/04/2026

İş haqqında məlumat

  • Yerli və beynəlxalq qurumlarla əlaqələrin qurulması və idarə olunması
  • Ölkədaxili və beynəlxalq tərəfdaşlarla effektiv kommunikasiya və əməkdaşlığın təmin edilməsi
  • Beynəlxalq qrantlar və layihələr üçün müraciətlərin hazırlanması
  • İllik təqvimə baxış, təlim-məşq toplanışları və yarışlarla bağlı işlərin planlaşdırılması və koordinasiyası
  • Xarici işgüzar səfərlərin təşkili (viza müraciətləri, sığorta, dəvət və icazə məktubları, səyahət planı və büdcə)
  • Zərurət yarandıqda milli komandaların beynəlxalq səfərlərində iştirak etmək, yarış müddətində təşkilati və koordinasiya proseslərini idarə etmək
  • VIP qonaqların səfər proqramlarının hazırlanması və müşayiəti
  • Müxtəlif dövlət qurumlarına, təhsil ocaqlarına, digər federasiyalara və özəl müəssisələrə məktubların yazılması
  • Rəsmi protokol qaydalarına uyğun görüşlərin təşkili və idarə olunması
  • Onlayn görüşlərin təşkili və moderasiyası
  • Valideynlər, məşqçilər və idmançılarla kommunikasiya proseslərinin idarə olunması

Biz nə təklif edirik:

  • Peşəkar və dinamik iş mühiti
  • Beynəlxalq tədbirlərdə iştirak imkanı
  • Karyera inkişafı perspektivi

İş şərtləri:

  • İş vaxtı: 09:00 – 18:00 
  • İş rejimi: Full time
  • Əmək haqqı: Müsahibə əsasında təyin ediləcək

Tələblər

  • Ali təhsil (beynəlxalq münasibətlər, menecment, biznes idarəetməsi və ya əlaqəli sahələr üzrə üstünlükdür)
  • Minimum 3 il müvafiq sahədə iş təcrübəsi (beynəlxalq əlaqələr, layihə idarəetməsi və ya koordinasiya sahəsində)
  • Dil bilikləri: Azərbaycan, rus və ingilis (əla)
  • Güclü kommunikasiya və təşkilatçılıq bacarıqları
  • Analitik düşünmə və operativ qərarvermə qabiliyyəti
  • Rəsmi yazışma və protokol qaydalarını bilməsi
  • Vaxtın effektiv idarə olunması və multitasking bacarığı

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.