AFFA

Komplayens və Danışılmış Oyunlara Qarşı Mübarizə Şöbəsinin Hüquqşünası

AFFA
Ə/h razılaşma ilə
4700
Tam iş günü
Bakı, Azərbaycan
09.09.2025 03:54 - 09.10.2025 12:00

İş haqqında məlumat

  • Şübhəli oyun halları ilə bağlı məlumatların toplanması, ilkin təhlili və struktur daxilində ötürülməsi;
  • Oyunların texniki statistik göstəricilərinin (gözlənilməz nəticə, kartlar, penaltilər və s.) izlənməsi və analiz edilməsi;
  • Mərc bazarlarında baş verən dəyişikliklər və qeyri-adi patternlər üzrə təhlil və daxili hesabatların hazırlanması;
  • UEFA, FIFA və digər beynəlxalq qurumlardan daxil olan manipulyasiya halları ilə bağlı məlumatların işlənməsi və təqdimata hazırlanması;
  • Daxili etik qaydaların və komplayens prosedurlarının tətbiqi ilə bağlı dəstək göstərilməsi;
  • Risklərin müəyyən olunması və onlara qarşı preventiv tədbirlərin təşkili prosesində iştirak;
  • Maarifləndirmə və təlim tədbirlərinin hazırlanmasında və icrasında iştirak;
  • Klub nümayəndələri, regional strukturlar və digər tərəfdaşlarla koordinasiyalı fəaliyyətin təmin edilməsi;
  • Struktur rəhbərinin göstərişləri əsasında aidiyyəti hesabatların, təqdimatların və sənədlərin hazırlanması.

İş barədə məlumat:

  • İş günləri : Həftənin 5 iş günü;
  • İş vaxtı: 09:00-dan 18:00-dək;
  • Əmək haqqı: razılaşma əsasında;
  • Ünvan: 8 Noyabr pr. 163, AFFA.

CV-lərinizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyinizi xahiş edirik.

Tələblər

  • Ali təhsil -hüquq sahəsi üzrə (idman hüququ sahəsində magistr dərəcəsi olanlara üstünlük veriləcək);
  • Futbol, data analizi, mərc sahəsində, hüquq və ya komplayens sahəsində minimum 1 il təcrübə (üstünlükdür);
  • Futbol oyununun qaydaları, turnir strukturları və texniki detallar haqqında ümumi anlayış;
  • Mərc bazarlarının əsas prinsipləri, koeffisent dəyişiklikləri və risk indikatorları haqqında məlumatlılıq;
  • Analitik düşüncə və təhlil aparmaq bacarığı;
  • Microsoft Excel və digər analitik alətlərlə (SQL və s.)işləmək bacarığı;
  • Yazılı və şifahi ünsiyyət bacarığı;
  • Azərbaycan və İngilis dillərində sərbəst oxuma, danışma, dinləmə və yazma qabiliyyəti;
  • Məsuliyyətli, diqqətli, etibarlı və konfidensiallıq prinsiplərinə sadiq.