Bakı,
Azərbaycan
13.06.2025 22:23
-
13.07.2025 12:00
İş haqqında məlumat
- Şirkətin fəaliyyəti üzrə mövcud qanunvericilik, tənzimləyici aktlar və daxili normativ sənədlərə uyğunluğun təmin edilməsi;
- ƏL/TMM qanununa əsasən prosedurlarının tətbiqi və yoxlanması
- Risklərin azaldılması məqsədilə hüquqi və normativ tələblərə riayət olunmasına nəzarət;
- Daxili nəzarət və komplays şöbəsinin siyasət və prosedurların hazırlanmasında iştirak etmək, onların qanunvericiliyə uyğunluğunu yoxlamaq;
- Yeni məhsul və xidmətlərin hüquqi uyğunluğunu qiymətləndirmək və rəy vermək;
- Nəzarət orqanları (Mərkəzi Bank, Maliyyə Monitorinq Xidməti və s.) ilə yazışmalar və hesabatların hazırlanması;
- Komplayns risklərinin təhlili və bu risklərin idarə olunması üçün tədbirlərin təklif edilməsi;
- Şirkətin əməkdaşlarının Komplayns qaydalarının tətbiqi və prosedurların məlumatlandırılması və təlimatlandırılması proseslərində iştirak;
- Daxili audit və yoxlamalar zamanı dəstək göstərmək və tövsiyələrin icrasına təmin etmək.
Tələblər
- Hüquq ixtisası üzrə ali təhsil;
- Bank və ya maliyyə sektorunda, xüsusilə hüquq və komplayns sahəsində minimum 2 il iş təcrübəsi;
- Azərbaycan Respublikasının bank qanunvericiliyi və beynəlxalq komplayns standartları üzrə biliklər;
- Risk, audit, daxili nəzarət və ƏL/TMM sahəsində sertifikatın olması;
- Analitik düşünmə qabiliyyəti, detallara diqqət və yüksək peşəkarlıq;
- Güclü yazılı və şifahi ünsiyyət bacarığı (Azərbaycan dilində sərbəst, ingilis və rus dili üstünlükdür);
- Yüksək məsuliyyət və müstəqil qərarvermə bacarığı.