İş haqqında məlumat
Azroksan şirkəti istehsal planlarına uyğun olaraq kompozit hissələrin və komponentlərin istehsalı, emalı və yığılması proseslərinin tələb olunan keyfiyyət standartlarına, texniki tələblərə və müəyyən edilmiş müddətlərə uyğun şəkildə icrasını təmin edəcək Kompozit İstehsalı Texniki axtarır. Kompozit İstehsalı Texniki istehsal proseslərində istifadə olunan avadanlıq və alətlərin düzgün istismarına, istehsal sənədlərinin aparılmasına və iş mühitinin təhlükəsiz, nizamlı saxlanılmasına cavabdehdir.
Əsas vəzifələr:
- İstehsal planlarında müəyyən edilmiş kompozit hissələrin istehsalı, emalı və yığılması işlərini tələb olunan keyfiyyətdə və müəyyən edilmiş müddətlərdə yerinə yetirmək;
- Kompozit materialların hazırlanması, qəliblənməsi, kəsilməsi, emalı, yığılması və digər istehsal proseslərini müəssisədaxili prosedur və təlimatlara uyğun icra etmək;
- İstehsal proseslərində istifadə olunan alət, avadanlıq, ölçü vasitələri və digər texniki vasitələrin düzgün istifadəsini təmin etmək və onların saz vəziyyətdə saxlanılmasına nəzarət etmək;
- İstehsal sənədlərini, əməliyyat kartlarını və digər aidiyyəti qeydləri düzgün və vaxtında doldurmaq;
- İstehsalat avadanlıqlarının gündəlik texniki baxış və xidmət işlərini yerinə yetirmək, müvafiq texniki xidmət sənədlərini doldurmaq;
- İstehsal zamanı keyfiyyət tələblərinə və texniki spesifikasiyalara riayət etmək;
- İş yerinin təmiz, səliqəli və təhlükəsizlik qaydalarına uyğun vəziyyətdə saxlanılmasını təmin etmək;
- Görülmüş işlər üzrə gündəlik hesabat və əmək vaxtı qeydlərini aparmaq;
- Əməyin mühafizəsi, sənaye təhlükəsizliyi və daxili qaydalara riayət etmək.
Tələblər
- Mühəndislik ixtisası üzrə ali təhsil;
- İstehsalat və ya texniki sahədə iş təcrübəsi arzuolunandır;
- Texniki çertyojları və istehsal sənədlərini oxumaq bacarığı;
- Ölçü alətləri və istehsal avadanlıqları ilə işləmək bacarığı;
- Keyfiyyət standartları və istehsal prosesləri barədə ümumi biliklər;
- Məsuliyyətlilik, dəqiqlik və komandada işləmək bacarığı;
- Təhlükəsizlik qaydalarına ciddi riayət etmək bacarığı.
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilərlər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.