Bakı,
Azərbaycan
13/04/2026
-
27/04/2026
İş haqqında məlumat
- Anbar Əməliyyatlarının Qeydiyyatı: Malların mədaxili, anbarlararası yerdəyişməsi və silinməsi (zay, daxili istifadə və s.) sənədlərinin 1C proqramına daxil edilməsi;
- Satış Sənədlərinin Hazırlanması: Satış sifarişləri əsasında daxili qaimə-fakturaların sürətli şəkildə tərtib edilməsi və çap olunaraq anbara/ekspeditora təqdim edilməsi;
- Elektron Qaimə-Faktura (E-qaimə): Sistemdə hazırlanan satış sənədləri əsasında dövlət vergi portalında elektron qaimələrin yaradılması və qarşı tərəfə göndərilməsi;
- Geri Qaytarma Prosesi: Müştərilərdən və ya mağazalar şəbəkəsindən geri qayıdan malların sənədləşdirilməsi və sistemdə stokun bərpa edilməsi;
- Məlumatların Çarpaz Yoxlanılması: İri market şəbəkələrinin daxili sistemləri (məs. Bravo və s.) ilə 1C proqramındakı qaimələrin say və məbləğ baxımından uyğunluğunun yoxlanılması;
- Sənəd Dövriyyəsinin İzlənilməsi: Ekspeditorlara təhvil verilən sənədlərin imzalı surətlərinin geri toplanması və sistemdə "icra olundu" statusuna gətirilməsi;
- Arxivləşdirmə: Gündəlik alış-satış və anbar sənədlərinin nizamlı şəkildə qovluqlara yığılması və arxivləşdirilməsi.
- İş yeri: Kürdəxanı
- İş saatı: 09:00-dan 18:00-a qədər, Şənbə günləri isə qısa iş günü saat 13:00-a kimi
- Əmək haqqı: Namizədin bilik və bacarığına uyğun olaraq müsahibə əsasında təyin olunacaq
- Nahar şirkət tərəfindən qarşılanır
Tələblər
- Təcrübə: Bənzər vəzifədə (operator, anbar uçotçusu və ya satış əməliyyatçısı) minimum 1 il iş təcrübəsi;
- Proqram Bilikləri: 1C (8.3) proqramında operativ işləmək bacarığı və ofis proqramları (Excel, Word) haqqında baza bilikləri;
- Portal Biliyi: Elektron Vergi Hesab-faktura (e-taxes.gov.az) bölməsindən istifadə qaydalarını bilmək;
Şəxsi Keyfiyyətlər:
- Sürətli və səhvsiz məlumat daxil etmə qabiliyyəti;
- Məsuliyyətlilik və detallara qarşı diqqətlilik;
- İş yükünün çox olduğu saatlarda operativliyi qorumaq bacarığı.
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.