Vision Academy

Kompüter Operatoru üzrə Təqaüdlü və Ödənişsiz Təlim Təcrübə Proqramı

Vision Academy
200 ₼
384
Yarım iş günü
Bakı, Azərbaycan
23.06.2025 10:12 - 23.07.2025 12:00

İş haqqında məlumat

Kompüter Operatorluğu:

  • Ofis proqramları ilə yüksək səviyyədə işləmə bacarığı (MS Word, Excel, PowerPoint);
  • Elektron sənədləşmə və arxivləşdirmə;
  • Məlumatların emalı və hesabatların hazırlanması;
  • Cədvəllərin, şəkillərin, qrafiklərin əlavə edilməsi və tərtibatı;
  • Yazışma və sənəd tərtibi standartları;
  • Qrafiklərin, diaqramların yaradılması.
  • Elektron poçt və bulud sistemlərində (Google Drive, OneDrive və s.) sənədlərin saxlanması və paylaşılması;
  • Ofis avadanlıqlarından düzgün istifadə və texniki dəstək.

Bu Proqram Sizə Nələri Qazandıracaq?

  • Təlim təcrübə proqramı tam ödənişsizdir;
  • Təlim təcrübə proqramı müddətində tələbələrə aylıq 200 AZN məbləğində təqaüd veriləcək;
  • Təlim təcrübə proqramı 3 ay davam edəcək;
  • Təlim təcrübə proqramı hər gün 4 saat həftədə  5 dəfə olmaqla,  ümumilikdə isə 264 saat  olacaq;
  • 3 aylıq təlim təcrübə proqramını müvəffəqiyyətlə bitirən məzunlar sertifikat və iş ilə təmin olunacaq;
  • Praktiki Təcrübə – Real iş şəraiti və nümunələr əsasında təlim;
  • Fərdi Mentor Dəstəyi – Təcrübəli mütəxəssislər tərəfindən rəhbərlik;
  • Karyera Dəstəyi – Təlimi uğurla başa vurmuş məzunlara işə qəbul üçün karyera mərkəzimiz tərəfindən peşəkar dəstək;
  • Sertifikat – Proqramı uğurla bitirənlərə sertifikat təqdim olunur;
  • Coffee break – Enerji toplamaq və sosial əlaqələri gücləndirmək üçün qısa, dəyərli zaman.

Tələblər

Kimlər müraciət edə bilər?

  • Hal-hazırda tələbə olmayan və rəsmi işləməyən şəxslər;
  • Yaş həddi: 21-32;
  • Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan namizədlər;
  • Orta vəya ali təhsilli şəxslər;
  • Öyrənməyə həvəsli,verilən tapşırıqları məsuliyyətlə yerinə yetirən şəxslər;
  • Kompüter operatorluğu sahəsində bilik və bacarıq əldə etmək istəyənlər;
  • Administrativ vəzifə üzrə karyera qurmaq istəyənlər.