INNAB

Kompüter və Ofis Proqramları üzrə Təlimçi

INNAB
Ə/h razılaşma ilə
407
Tam iş günü
Bakı, Azərbaycan
18/03/2026 - 01/04/2026

İş haqqında məlumat

Gündüz saatlarında dərs keçmək üçün peşəkar və məsuliyyətli Kompüter və Ofis Proqramları üzrə Təlimçi axtarılır.

  • Kompüter və ofis proqramları üzrə dərslərin tədrisi
  • Mövzuların sadə, praktik və anlaşıqlı formada izahı
  • Müdavimlərlə effektiv ünsiyyətin qurulması
  • Tədris prosesinin planlı və səmərəli idarə olunması

Tədris olunacaq mövzular:

  • Kompüterin əsasları, Windows əməliyyat sistemi
  • Fayl və qovluqlarla işləmə
  • Microsoft Word, Excel, PowerPoint, Outlook
  • İnternet və e-mail istifadəsi
  • Zoom, Google Meet, Google Drive platformaları
  • Sənədlərlə iş və ümumi kompüter operatoru bacarıqları

İş qrafiki: Gündüz saatları


 

Tələblər

  • Kompüter və ofis proqramları üzrə güclü biliklər
  • Word, Excel, PowerPoint və Outlook proqramlarında işləmək bacarığı
  • Windows sistemi və fayl idarəetməsi üzrə praktik təcrübə
  • Zoom, Google Meet və Google Drive alətləri ilə işləmə bacarığı
  • Tədris və izah etmə qabiliyyəti
  • Auditoriya ilə işləmək bacarığı
  • Gündüz saatlarında işləmək imkanı
  • Məsuliyyətli, punktual və ünsiyyətcil olmaq

Üstünlük veriləcək:

  • Tədris təcrübəsi olan namizədlərə
  • Müvafiq sahədə praktiki iş təcrübəsi olan şəxslərə

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.