AZFEN MMC

Konstruksiya quraşdırıcısı

AZFEN MMC
Ə/h razılaşma ilə
429
Tam iş günü
Bakı, Azərbaycan
24/06/2026 - 08/07/2026

İş haqqında məlumat

  • Metal konstruksiyaların, detalların və elementlərin verilmiş layihə, cizgi və eskizlər əsasında hazırlanması və quraşdırılması işlərini icra etmək. 
  • İstehsalat tapşırıqlarını müəyyən edilmiş norma, prosedur və keyfiyyət tələblərinə uyğun yerinə yetirmək. 
  • Ölçü götürmək, işarələmə aparmaq, metal materialları kəsmək, yonmaq, cilalamaq və digər hazırlıq işlərini həyata keçirmək. 
  • Hazırlanmış detalların yığılmasını təmin etmək, qaynaq işləri üçün konstruksiyaları hazırlamaq və ya bolt, qoz və digər birləşdirmə vasitələri ilə montaj etmək. 
  • Metal konstruksiyaların və elementlərin montaj yerinə daşınması və quraşdırılması prosesində yükqaldırıcı mexanizm və avadanlıqlardan təhlükəsiz istifadə etmək. 
  • İrihəcmli və ağır çəkili konstruksiyaların hazırlanması və quraşdırılması işlərini müvafiq texniki vasitələrin köməyi ilə yerinə yetirmək. 
  • İstifadə olunan alət, avadanlıq və quraşdırma ləvazimatlarının saz vəziyyətdə saxlanılmasına və düzgün istismarına nəzarət etmək. 
  • İş yerinin təhlükəsizliyini təmin etmək, riskləri vaxtında müəyyən etmək və rəhbərliyə məlumat vermək. 
  • İş prosesindən əvvəl və sonra iş sahəsini istehsalat tullantılarından təmizləmək, tullantıları müəyyən edilmiş qaydada toplamaq və utilizasiyaya yönləndirmək. 
  • Əməyin mühafizəsi, texniki təhlükəsizlik, yanğın təhlükəsizliyi və elektrik təhlükəsizliyi qaydalarına ciddi riayət etmək. 

İş şəraiti

  • İş yeri: Bayıl
  • İş qrafiki: Həftə içi: 07:15 – 17:00
  • Şənbə: 07:15 – 15:30
  • İmkanlar: Nahar və servis təmin olunur

Tələblər

  • Orta və ya peşə təhsili (metal konstruksiyaların hazırlanması, montaj və ya əlaqəli sahələr üzrə üstünlükdür). 
  • Metal konstruksiyaların hazırlanması və quraşdırılması sahəsində minimum 3 il iş təcrübəsi. 
  • Texniki cizgiləri, eskizləri və montaj sxemlərini oxumaq bacarığı. 
  • Ölçü alətləri və əl alətləri ilə işləmək bacarığı. 
  • Metal kəsmə, işarələmə, yığma və montaj işləri üzrə bilik və təcrübə. 
  • Yükqaldırıcı mexanizmlərlə işləmək qaydaları haqqında məlumatlı olmaq. 
  • Komandada işləmək, məsuliyyətli və intizamlı olmaq. 
  • Fiziki cəhətdən sağlam və sahə şəraitində işləmək qabiliyyəti. 
  • Əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına dair biliklərə malik olmaq.

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilərlər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun