Makro 2000

Konstruktor

Makro 2000
Ə/h razılaşma ilə
282
Tam iş günü
Bakı, Azərbaycan
07/09/2026 - 21/09/2026

İş haqqında məlumat

MAKRO 2000 Yapı İnşaat Anonim Şirkəti-nin Azərbaycan Respublikasındakı Filialı “Konstruktor” vəzifəsi üzrə vakansiya elan edir:  

Vəzifə Öhdəlikləri:

  • Qəbul olunmuş texniki tapşırıqlar əsasında konstruktiv işçi layihələrin hazırlanması.
  • Metal, dəmir-beton, taxta və digər konstruksiya elementlərinin dizaynı və hesabatlarının aparılması.
  • Layihə çərçivəsində konstruktiv həllərin işlənməsi və normativ sənədlərə uyğunluğunun təmin edilməsi.
  • Konstruktiv həllərin dəqiqliyini təmin etmək məqsədilə memar və mühəndislərlə əməkdaşlıq.
  • Layihələndirilən obyektlərin dayanıqlığının və etibarlılığının hesablanması.
  • İnşaat işlərinin aparılması zamanı istifadə edilən material və texnologiyaların tələblərə uyğunluğuna nəzarət.
  • Müəyyən edilmiş müddətlər çərçivəsində işçi sənədlərin hazırlanmasını təmin etmək.
  • Tikinti sahəsində müəllif nəzarətinin həyata keçirilməsi.

Tələblər

  • Ali texniki təhsil (Konstruksiya mühəndisliyi, tikinti və ya əlaqədar sahə üzrə).
  • Sahədə minimum 1 il iş təcrübəsi.
  • AutoCAD,Tekla,və ya digər müvafiq proqram təminatları ilə iş bacarığı.
  • Tikinti normativləri və standartları (SNİP, Eurocode və s.) üzrə biliklər.
  • Konstruktiv hesabatların aparılması və işçi sənədlərin hazırlanması təcrübəsi.
  • Komandada işləmə bacarığı və müvafiq işgüzar ünsiyyət vərdişləri.

İş şərtləri:

  • İş qrafiki: Həftə içi 6 gün, şənbə günü qısaldılmış iş rejimi.
  • Könüllü tibbi həyat sığortası.
  • Korperativ mobil nömrə.
  • Rəqabətli əmək haqqı (namizədin bilik və təcrübəsindən asılı olaraq müəyyən edilir);
  • İş yeri ünvanı Bakı şəhəri Səməd Vurğun 43 World Business Center

Oxşar vakansiyalar