KVAN GROUP MMC

Konstruktor mühəndis

KVAN GROUP MMC
2500 - 3000 ₼
195
Tam iş günü
Bakı, Azərbaycan
15/10/2026 - 29/10/2026

İş haqqında məlumat

İş şəraiti

  • Layihə: Bahar Residence
  • İş rejimi: Həftə içi 5 gün, saat 9:00–18:00
  • Əmək haqqı: Müsahibə əsasında ( Başlanğıc 2500-3000azn)

Vəzifə öhdəlikləri:

  • Tikinti layihələrinin konstruktiv hissəsinin hazırlanması və yoxlanılması;
  • Dəmir-beton, metal və digər konstruksiyaların hesablanması və layihələndirilməsi;
  • Layihə sənədlərinin (çertyojlar, hesabatlar və s.) hazırlanması və optimallaşdırılması;
  • Tikinti prosesində konstruktiv həllərin düzgün icrasına nəzarət;
  • Müəyyən edilmiş norma və standartlara uyğunluğun təmin edilməsi;
  • Layihə komandası (memar, mühəndis və s.) ilə koordinasiyalı işləmək;
  • Texniki problemlərin operativ həlli və təkliflərin verilməsi;
  • Mövcud layihələr üzrə dəyişikliklərin və təkmilləşdirmələrin aparılması.

Tələblər

  • İnşaat mühəndisliyi və ya əlaqəli sahə üzrə ali təhsil;
  • Konstruktor kimi minimum 4 il iş təcrübəsi;
  • Tikinti norma və qaydaları üzrə biliklər;
  • AutoCAD, ETABS, SAP2000 və ya digər mühəndis proqramları ilə işləmə bacarığı;
  • Analitik düşünmə və məsuliyyətlilik;
  • Komandada işləmə və vaxtın düzgün idarə olunması bacarığı.

Üstünlüklər:

  • Böyük layihələrdə iş təcrübəsi;
  • Müasir konstruktiv həllərlə işləmə təcrübəsi;
  • Rus və ya ingilis dili biliyi.