Miniso Co MMC

Kontent Menecer

Miniso Co MMC
Ə/h razılaşma ilə
2828
Tam iş günü
Bakı, Azərbaycan
23.10.2025 12:32 - 23.11.2025 12:00

İş haqqında məlumat

Bu vəzifə Minisonun sosial media platformaları üçün keyfiyyətli vizual və video kontentlərin hazırlanması, çəkiliş və montaj proseslərinin idarə olunmasını əhatə edir. Namizəd həm çəkiliş, həm də kontent ideyalarının yaradılması və yazılı təqdimatında aktiv rol oynayacaq.

  • Minisonun sosial media kanalları üçün video və foto kontentlərin hazırlanması;
  • Tədbir videolarının çəkilməsi və montajı;
  • CapCut və bənzər proqramlarda peşəkar səviyyədə redaktə və montaj işlərini yerinə yetirmək;
  • Kontent ideyalarının hazırlanması, ssenari yazmaq və təqdim etmək;
  • Sosial media trendlərini izləmək və müasir yanaşmaları tətbiq etmək.

Təklif etdiyimiz imkanlar:

  • Əmək haqqı müsahibə əsasında təyin edilir;
  • Müasir təhsil və media mühitində çalışmaq imkanı;
  • Yaradıcı ideyaların reallaşdırılması üçün sərbəstlik və dəstək;
  • Peşəkar inkişaf və portfolionun genişləndirilməsi imkanı.

Müraciət qaydası:
CV-nizi və portfolionuzu (çəkiliş və montaj nümunələri ilə birlikdə) qeyd olunan e-poçt ünvanına göndərin.
Mövzu hissəsində “Kontent Menecer” qeyd edin.

Tələblər

  • CapCut və ya oxşar montaj proqramlarında peşəkar səviyyədə işləmə bacarığı;
  • Foto və video çəkiliş texnikalarına dair bilik və təcrübə;
  • Yaradıcı düşüncə tərzi, müasir vizual trendləri izləmək və tətbiq etmək bacarığı;
  • Kontent ideyalarını müstəqil şəkildə hazırlamaq və təqdim etmək bacarığı;
  • Məsuliyyətli, operativ və nəticəyönümlü iş prinsipi;
  • Komanda ilə koordinasiyada işləmə bacarığı.


Oxşar vakansiyalar