Bakı,
Azərbaycan
20/07/2026
-
03/08/2026
İş haqqında məlumat
- Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzi komandamıza peşəkar, məsuliyyətli və yaradıcı yanaşmaya malik Kontent Mütəxəssisi dəvət edir.
- Bu vəzifənin əsas məqsədi müəssisənin rəqəmsal kommunikasiya strategiyasına uyğun olaraq etibarlı, informativ və yüksək keyfiyyətli kontentin hazırlanması, brend dəyərinin gücləndirilməsi və pasiyentlərlə effektiv ünsiyyətin təmin edilməsidir.
Vəzifə öhdəlikləri:
- Sosial media platformaları üçün aylıq və həftəlik kontent planlarının hazırlanması
- Instagram, Facebook, TikTok, LinkedIn və digər rəqəmsal platformalar üçün mətnlərin hazırlanması və idarə olunması
- Həkimlər və digər mütəxəssislərlə əməkdaşlıq edərək tibbi mövzuların araşdırılması, elmi məlumatların düzgün və anlaşılan formada təqdim edilməsi
- Veb-sayt üçün SEO tələblərinə uyğun məqalələrin hazırlanması və mövcud məzmunun optimallaşdırılması
- Video, Reels və digər rəqəmsal layihələr üçün ssenarilərin hazırlanması
- Dizayn və video istehsalı komandası ilə koordinasiyalı işləmək
- Kontentin effektivliyini mütəmadi təhlil etmək, hesabatlar hazırlamaq və inkişaf istiqamətləri üzrə təkliflər vermək
- Səhiyyə sektoru üzrə yenilikləri, rəqəmsal marketinq trendlərini və rəqiblərin fəaliyyətini mütəmadi izləmək
İş şəraiti:
- İş qrafiki: 6 gün, şənbə günü qısa iş günüdür
- İstirahət: Bazar günü
- Əmək haqqı: Müsahibə əsasında müəyyən edilir.
Tələblər
- Ali təhsil (Biznesin idarə olunması, Marketinq, İqtisadiyyat, Menecment və ya uyğun sahə üzrə)
- Azərbaycan dilində yüksək səviyyədə yazılı ünsiyyət və redaktə bacarığı
- Kontent marketinqi, kopiraytinq və ya SMM sahəsində minimum 2 il iş təcrübəsi
- Analitik düşüncə, güclü araşdırma və məlumatların emalı bacarığı
- SEO prinsipləri üzrə ilkin biliklər
- ChatGPT və digər süni intellekt alətlərindən effektiv istifadə bacarığı
- Tibbi mövzulara maraq və elmi məlumatlarla işləmək bacarığı
- Vaxtın düzgün idarə olunması, yüksək məsuliyyət hissi və komanda ilə əməkdaşlıq bacarığı.
- Tibb və ya sağlamlıq sektorunda iş təcrübəsi
- Google Workspace (Docs, Sheets), Meta Business Suite və digər rəqəmsal idarəetmə alətləri ilə işləmə bacarığı
- Foto və video kontentin planlaşdırılması və istehsal prosesləri barədə bilik
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilərlər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun