Azərbaycan Robotexnika Mühəndisliyi MMC(AREA)
Ə/h razılaşma ilə
365
Tam iş günü
Bakı, Azərbaycan
24/06/2026 - 08/07/2026

İş haqqında məlumat

  • Şirkətin sosial media hesabları üçün mətnlərin hazırlanması;
  • Daşınmaz əmlak layihələri, mənzillər və kommersiya obyektləri üzrə reklam mətnlərinin yazılması;
  • Sayt, kataloq, təqdimat və digər marketinq materialları üçün kontentin hazırlanması;
  • Reklam kampaniyaları üçün kreativ sloqan və ideyaların yaradılması;
  • Mətbuatda, sosial şəbəkələrdə və digər informasiya kanallarında paylaşılacaq məzmunun hazırlanması;
  • Kontentin Azərbaycan dili normalarına uyğunluğunun təmin edilməsi;
  • Marketinq komandası ilə sıx əməkdaşlıq edərək satış yönümlü məzmunun hazırlanması.

Təklif edirik:

  • 5 günlük iş qrafiki;
  • Rəqabətqabiliyyətli əməkhaqqı;
  • Karyera inkişafı imkanları;
  • Peşəkar və dinamik iş mühiti;
  • Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirmə.

Tələblər

  • Azərbaycan dilini mükəmməl səviyyədə bilmək;
  • Kopiraytinq, jurnalistika, marketinq və ya əlaqəli sahədə iş təcrübəsi;
  • Yaradıcılıq qabiliyyəti və güclü yazılı ünsiyyət bacarıqları;
  • Sosial media və rəqəmsal marketinq üzrə əsas biliklər;
  • Daşınmaz əmlak sahəsində təcrübə üstünlük hesab olunur;
  • Məsuliyyətli, operativ və komandada işləmək bacarığı.

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilərlər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun