AzParking MMC

Kopirayter (Mətn yazarı)

AzParking MMC
Ə/h razılaşma ilə
635
Tam iş günü
Bakı, Azərbaycan
20/04/2026 - 04/05/2026

İş haqqında məlumat

Brendin kommunikasiya üslubunu qoruyaraq sosial media, mobil tətbiq və veb-sayt üçün mətnlər hazırlamaq. Eyni zamanda maarifləndirici və məlumat xarakterli mətnlərin yazılmasında iştirak etmək, istifadəçilərə parklanma qaydaları və xidmətlər barədə məlumatların düzgün və anlaşılan şəkildə çatdırılmasını təmin etmək.

  • Video kontent üzrə təqdim olunan ideyalar əsasında ssenarilərin hazırlanması.
  • Sosial media hesabları, bannerlər və veb-sayt üçün mətnlərin hazırlanması.
  • Hazırlanmış mətnlərin leksik və qrammatik baxımdan redaktə edilməsi.
  • Standart (şablon) mesajların hazırlanması.
  • Push bildirişlər üçün mətnlərin hazırlanması.

İş şəraiti

  • İş yeri: Akkord Plaza
  • İş qrafiki: 5 günlük iş rejimi (həftəiçi 09:00–18:00)

Biz nə təklif edirik:

  • Rəqabətədavamlı əmək haqqı sistemi
  • Korporativ mədəniyyətə sahib iş mühiti
  • Push30 proqramından yararlanmaq imkanı

Tələblər

  • Ali təhsil.
  • Müvafiq sahədə iş təcrübəsi.
  • Azərbaycan dilini sərbəst, rus və ya ingilis dillərindən ən azı birini mükəmməl səviyyədə bilmək.
  • Kontent idarəetmə alətləri ilə işləmək bacarığı.
  • İstifadəçi yönümlü düşüncə tərzi.
  • Yaradıcı ideyalar formalaşdırmaq və bu ideyaları aydın, sistemli və oxunaqlı mətnə çevirmək bacarığı.

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.