STP Global Cable

Korporativ hüquq meneceri

STP Global Cable
Ə/h razılaşma ilə
464
Tam iş günü
Bakı, Azərbaycan
08/04/2026 - 22/04/2026

İş haqqında məlumat

  • Bölmənin üzərinə qoyulmuş öhdəliklərin, vəzifələrin və fəaliyyəti üzrə digər məsələlərin yerinə yetirilməsinə nəzarət etmək və lazımi dəstəyi göstərmək;
  • Bölmədə hüquqi işlərin görülməsinə metodiki rəhbərliyi həyata keçirmək;
  • Bölmənin fəaliyyəti ilə bağlı olan Cəmiyyətdaxili təlimat, qayda və prosedurların layihəsinin hazırlanmasında iştirak etmək və bu normativ sənədlərin təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək;
  • Qüvvədə olan qanunvericilikdə dəyişikliklər edilməsi nəticəsində Cəmiyyətin idarəetmə orqanlarının qərarlarının, daxili prosedurların, qaydaların, müqavilələrin dəyişdirilməsi və ya xitam edilməsi barədə təkliflər hazırlamaq;
  • Cəmiyyətdaxili sənədlərin (siyasətlər, prosedurlar, qaydalar, müqavilələr və s.) layihələri üzrə hüquqi ekspertizanı həyata keçirmək;
  • Cəmiyyət tərəfindən imzalanan müqavilələrin tərtib edilməsi zamanı meydana çıxan hüquqi məsələlər (problemlər) üzrə Cəmiyyətin aidiyyəti struktur bölmələrinə rəylər və məsləhətlər vermək;
  • Cəmiyyət daxilində müqavilə dövriyyəsi və əlaqədar proseslərin təşkili və təkmilləşdirilməsi üzrə tədbirlərin hazırlanması və həyata keçirilməsində iştirak etmək;
  • Bölmədə işin düzgün təşkil edilməsi və işçilər arasında düzgün iş bölgüsünün aparılmasını, Departamentin əsasnaməsi ilə müəyyən olunan və Departament direktoru tərəfindən verilən tapşırıqların vaxtında yerinə yetirilməsini təmin etmək.

Tələblər

  • Operativlilik və qərar qəbul etmək bacarıqlarına malik olmalı;
  • Peşəkar ünsiyyət və təqdimetmə bacarıqlarına malik olmalı;
  • Güclü təşkilati bacarıqlara malik olmalı;
  • İşgüzar yazışma əsaslarını bilməli;
  • Yenilikçi, aktiv və komandada işləmək bacarığına malik olmalı;
  • Analitik düşünmə qabiliyyətinə malik olmalıdır.

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.