AS Group

Korporativ Hüquqşünas

AS Group
Ə/h razılaşma ilə
1992
Tam iş günü
Bakı, Azərbaycan
19/05/2026 - 02/06/2026

İş haqqında məlumat

  • Şirkətin hüquqi fəaliyyətinin effektiv idarə olunmasını təmin etmək, korporativ hüquqi riskləri minimuma endirmək, müqavilə və hüquqi sənədlərin düzgün hazırlanmasına və qanunvericiliyə uyğunluğuna nəzarət etmək.

İşin təsviri:

Müqavilələrin idarə olunması

  • Müxtəlif növ müqavilələrin hazırlanması, yoxlanılması və hüquqi ekspertizasının aparılması
  • Müqavilələrin qanunvericiliyə və şirkət prosedurlarına uyğunluğunun təmin edilməsi
  • Müqavilə risklərinin qiymətləndirilməsi və hüquqi rəylərin verilməsi

Korporativ hüquq işləri

  • Şirkətin korporativ sənədlərinin hazırlanması və yenilənməsi
  • Dövlət qurumları ilə hüquqi yazışmaların aparılması
  • Şirkətin hüquqi maraqlarının qorunması və təmsil olunması

Hüquqi məsləhət və dəstək

  • Şirkətin müxtəlif departamentlərinə hüquqi dəstəyin göstərilməsi
  • Əmək, kommersiya və korporativ hüquq məsələləri üzrə məsləhətlərin verilməsi
  • Daxili prosedur və siyasətlərin hüquqi baxımdan yoxlanılması

Risklərin idarə olunması və hesabatlılıq

  • Hüquqi risklərin müəyyən olunması və minimallaşdırılması üzrə təkliflərin hazırlanması
  • Hüquqi sənədlərin arxivləşdirilməsi və idarə olunması
  • Görülən işlər üzrə hesabatların hazırlanması

İş şərtləri

  • İş qrafiki: 09:00–18:00
  • Məşğulluq növü: tam ştat / 5 iş günü

Biz təklif edirik:

  • Rəqabətli əmək haqqı
  • Stabil və peşəkar iş mühiti
  • Karyera və peşəkar inkişaf imkanları

Tələblər

  • Təhsil: Hüquq üzrə ali təhsil
  • Iş təcrübəsi: Korporativ hüquq sahəsində minimum 3-5 il iş təcrübəsi
  • Azərbaycan Respublikasının əmək, kommersiya və korporativ qanunvericiliyi üzrə biliklər
  • Bacar;qlar: Müqavilələrlə işləmək və hüquqi sənədlərin hazırlanması bacarığı
  • Analitik düşüncə, məsuliyyətlilik və yüksək ünsiyyət bacarığı 
  • Dil bacarıqları: Azərbaycan və Rus dillərində səlis yazılı və şifahi ünsiyyət bacarığı, İngilis dili üstünlükdür

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.


Oxşar vakansiyalar