PM Legal MMC

Korporativ hüquqşünas

PM Legal MMC
Ə/h razılaşma ilə
194
Tam iş günü
Bakı, Azərbaycan
16/07/2026 - 30/07/2026

İş haqqında məlumat

  • Şirkətimizin hüquqi xidmətlərinin göstərilməsi və korporativ hüquq istiqaməti üzrə işlərin peşəkar şəkildə icra edilməsi məqsədilə Korporativ hüquqşünas axtarırıq.
  • Əsas vəzifə öhdəlikləri
  • Müxtəlif növ mülki-hüquqi və kommersiya müqavilələrinin, əlavə sazişlərin və digər əqdlərin hazırlanması, hüquqi ekspertizası və müqavilə risklərinin müəyyən edilməsi
  • Müştərilər və qarşı tərəflər tərəfindən təqdim olunan müqavilələrə, protokollara, təhvil-təslim aktlarına və digər hüquqi sənədlərə rəy verilməsi
  • Müqavilə danışıqlarında iştirak edilməsi, hüquqi mövqenin əsaslandırılması və müqavilə şərtlərinin qarşı tərəflə razılaşdırılması
  • Qanunvericilik üzrə araşdırmaların aparılması, hüquqi rəylərin, arayışların, memorandumların və praktiki tövsiyələrin hazırlanması
  • Təsisçi və iştirakçı qərarlarının, ümumi yığıncaq protokollarının, etibarnamələrin, daxili qaydaların və digər korporativ sənədlərin hazırlanması
  • Əmək müqavilələrinin, əmrlərin, vəzifə təlimatlarının, məxfilik və maddi məsuliyyət sənədlərinin hazırlanması və əmək münasibətləri üzrə hüquqi dəstəyin göstərilməsi
  • Əcnəbi əməkdaşlar üçün iş icazəsinin, müvəqqəti yaşama icazəsinin və olduğu yer üzrə qeydiyyatın alınması, uzadılması və ləğvi proseslərinin aparılması
  • Dövlət Miqrasiya Xidməti və digər aidiyyəti dövlət qurumları ilə yazışmaların və müraciətlərin hazırlanması, sənədlərin təqdim edilməsinin təşkili
  • Pretenziya məktublarının, rəsmi sorğuların, cavab məktublarının, ərizə və digər hüquqi yazışmaların hazırlanması
  • Müştərilərə korporativ, müqavilə, əmək və miqrasiya hüququ üzrə gündəlik hüquqi məsləhət və operativ dəstəyin göstərilməsi
  • Hüquqi audit və due diligence proseslərində iştirak edilməsi, hüquqi uyğunsuzluqların və risklərin müəyyən olunaraq hesabatlaşdırılması
  • Qanunvericilikdəki dəyişikliklərin, tapşırıqların və hüquqi müddətlərin izlənilməsi, görülmüş işlər üzrə hesabatların hazırlanması

İş şəraiti

  • İş qrafiki: 09:00-18:00
  • İş günləri: Həftədə 5 gün
  • Əmək haqqı: Namizədin bilik və iş təcrübəsinə uyğun olaraq müsahibə əsasında
  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi

Biz sizə nə təklif edirik?

  • Müxtəlif sahələr üzrə yerli və beynəlxalq korporativ layihələrdə iştirak imkanı
  • Müqavilə, korporativ, əmək və miqrasiya hüququ üzrə praktiki biliklərin davamlı inkişafı
  • Peşəkar hüquq komandası ilə işləmək və daxili təlimlərdə iştirak etmək imkanı
  • Stabil, peşəkar və inkişafyönümlü korporativ iş mühiti
  • Bilik və nəticələrə əsaslanan karyera inkişafı perspektivləri

Tələblər

  • Ali hüquq təhsili
  • Korporativ və ya kommersiya hüququ sahəsində minimum 3 il iş təcrübəsi
  • Mülki, müqavilə, korporativ, əmək və miqrasiya qanunvericiliyi üzrə güclü nəzəri və praktiki biliklər
  • Müqavilə və digər hüquqi sənədlərin müstəqil hazırlanması, təhlili və hüquqi risklərin düzgün qiymətləndirilməsi bacarığı
  • Azərbaycan dilində mükəmməl şifahi və yazılı ünsiyyət,
  • Microsoft Office proqramları, elektron hökumət portalları və dövlət qurumlarının elektron informasiya sistemləri ilə işləmək bacarığı
  • Məhkəmə və mübahisələrin həlli sahəsində iş təcrübəsi üstünlükdür

Şəxsi bacarıqlar

  • Analitik və hüquqi düşünmə, məlumatları sistemləşdirmə və əsaslandırılmış nəticə çıxarma bacarığı
  • Yüksək yazılı və şifahi kommunikasiya, danışıqlar aparmaq və hüquqi mövqeni aydın təqdim etmək bacarığı
  • Detallara diqqət, dəqiqlik və sənədlərlə işləyərkən yüksək məsuliyyət
  • Tapşırıqları prioritetləşdirmək, son müddətlərə riayət etmək və düzgün zaman idarəetməsi
  • Məxfilik prinsiplərinə riayət, təşəbbüskarlıq və komanda ilə işləmək bacarığı

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilərlər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun