Bakı,
Azərbaycan
02/04/2026
-
16/04/2026
İş haqqında məlumat
- İdarəetmə orqanlarının fəaliyyətinin təşkili üzrə məsləhət və metodoloji dəstək;
- Korporativ idarəetmə üzrə daxili qaydaların, əsasnamələrin və siyasətlərinin hazırlanması və yenilənməsi;
- Maraqlı tərəflərlə əlaqələr;
- Əməliyyat və komanda idarəetməsi;
- Performans nəzarəti: Şöbə əməkdaşlarının gündəlik işlərini bölüşdürmək, onların peşəkar inkişafına dəstək vermək və işin keyfiyyətini yoxlamaq.
Tələblər
- Hüquqşünaslıq üzrə bakalavr; Magistratura (Hüqüqşunaslıq, İqtisadiyyat, Maliyyə və ya Biznesin idarə edilməsi sahələri üzrə) arzuolunandır;
- Korporativ idarəetmə üzrə 5 il iş təcrübəsi;
- Korporativ idarəetmə üzrə milli hüquqi və normativ baza bilikləri;
- Korporativ İdarəetmə Prinsipləri üzrə biliklər:
- Beynəlxalq təcrübə: İƏİT-in (OECD) Korporativ İdarəetmə Prinsipləri, G20/OECD tövsiyələri və müxtəlif idarəetmə modelləri (İngilis-Amerikan, Avropa, Yapon).
- İdarəetmə strukturu üzrə əsas yanaşmaları: Müşahidə Şurası, İdarə Heyəti və Səhmdarların Ümumi Yığıncağı arasındakı səlahiyyət bölgüsü və qarşılıqlı əlaqə mexanizmləri;
- Şəffaflıq və hesabatlılıq: Maliyyə və qeyri-maliyyə hesabatlarının hazırlanması qaydaları, məlumatların açıqlanması standartları.
- Risklərin idarəedilməsi və audit nəzarətinə dair korporativ idarəetmə tələbləri üzrə biliklər;
- Hüquqi və tənzimləyici baza üzrə biliklər;
- Korporativ idarəetmə standartları: İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) prinsipləri və milli korporativ idarəetmə standartlarını tətbiq etmə bacarığı;
- Risk menecmenti və daxili nəzarət: Müəssisədə risklərin idarə edilməsi çərçivəsi;
- Qanunvericilik və Standartlar: ESG üzrə korporativ idarəetmə meyarlarının fəaliyyətə inteqrasiyası;
- Strateji Planlaşdırma: korporativ idarəetmənin şirkətin uzunmüddətli inkişaf strategiyalara uyğunlaşdırılması bacarığı;
- Effektiv Kommunikasiya: Səhmdarlar, investorlar və dövlət tənzimləyici qurumları ilə peşəkar münasibətlərin qurulması və danışıqlar aparmaq qabiliyyəti;Korporativ hesabatların hazırlanmasında dəstək;
- Effektiv Kommunikasiya: Səhmdarlar, investorlar və dövlət tənzimləyici qurumları ilə peşəkar münasibətlərin qurulması və danışıqlar aparmaq qabiliyyəti;
- Analitik Təfəkkür: Mürəkkəb idarəetmə problemlərini təhlil etmək, neytral və qərəzsiz qərarlar qəbul etmək;
- Texniki Yazışma: Mürəkkəb korporativ sənədlərin (iclas protokolları, nizamnamələr, hesabatlar) peşəkar səviyyədə tərtib edilməsi bacarığı;
- (CCGP, ACG/FCG), ISO 37000 Lead Corporate Governance Manager üzrə sertifikatlar üstünlükdür;
- Sahə üzrə SOCAR-da iş təcrübəsinin olması üstünlükdür;
- Azərbaycan dili-səlis, İngilis dili- sərbəst və ya yüksək səviyyədə.
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.