

Korporativ kommunikasiya üzrə mütəxəssis
Veysəloğlu Şirkətlər Qrupu
Ə/h razılaşma ilə
1039
Tam iş günü
Bakı,
Azərbaycan
21.05.25
-
21.06.25
İş haqqında məlumat
- Şirkətin ictimai imicinin formalaşdırılması və müsbət ictimaiyyət rəyi yaradılması üzrə kommunikasiya strategiyası üzrə tədbirlər planının hazırlanması və icrası;
- Şirkətin dəyərlərini əks etdirən yaradıcı və məqsədyönlü məzmun strategiyasının hazırlanması və həyata keçirilməsi (storytelling yanaşması ilə);
- Rəhbərlik üçün çıxış mətnlərinin, təqdimatların, danışıq ssenarilərinin və əsas mesajların hazırlanması;
- Şirkət daxilində baş verən əhəmiyyətli hadisələrin ictimaiyyətə təqdim olunması üçün informasiya və vizual material paketlərinin hazırlanması;
- Sosial media platformaları üçün kontentin planlaşdırılması, hazırlanması, dizayn komandası ilə koordinasiyalı paylaşımı və performansının təhlili;
- Aylıq kontent planlarının və PR fəaliyyətlərinin hesabatlarının hazırlanması, təhlil və inkişaf təkliflərinin verilməsi ( bizneslərin fəaliyyətləri də nəzərə alınmaqla);
- Şirkətin fəaliyyət sahəsi üzrə rəqib brendlərin və sektorun kommunikasiya fəaliyyətlərinin (PR, kontent, kampaniyalar) daimi monitorinqi və analiz olunması;
- İctimaiyyətə yönəlik aylıq bülletenlərin və xəbərlərin hazırlanması və paylaşımı üçün kommunikasiya formatlarının qurulması;
- Sosial layihələr, forumlar və daxili tədbirlər üçün kontent istehsalı, post-event (tədbir sonrası) materialların hazırlanması;
- Böhran vəziyyətlərində reputasiya idarəçiliyinə dəstək;
- Korporativ vebsayt, daxili kommunikasiya platformaları və sosial media üçün lokal və beynəlxalq dildə (azərbaycan, bəzi hallarda ingilis) mətnlər yazmaq və uyğunlaşdırmaq;
- Copywriting (sloqanlar, qısa video ssenarilər, infoqrafika mətni və s.) üzrə yaradıcı yanaşmaların tətbiqi;
- İş məkanı: Azure Plaza;
- Əmək haqqı: Namizədin təcrübəsinə əsasən razılaşma yolu ilə;
- İş rejimi: 5 gün (həftəiçi);
- Nahar: Təmin edilir.
Tələblər
- Jurnalistika, PR, Marketinq, Kommunikasiya və ya əlaqəli sahədə ali təhsil;
- PR, korporativ kommunikasiya və kontent menecment sahəsində ən azı 2-3 il iş təcrübəsi;
- Copywriting və redaktə bacarığı – müxtəlif formatda mətnləri səlis, kreativ və məqsədəuyğun yazmaq;
- Sosial media idarəçiliyi, kontent planlaşdırılması və performans göstəricilərinin təhlili üzrə biliklər;
- Analitik düşüncə, rəqəmsal alətlərin istifadəsi ilə rəqib və sektor monitorinqi aparmaq bacarığı;
- Aylıq hesabatlar, bülletenlər və kontent icmalları hazırlamaq bacarığı;
- Azərbaycan dilində yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarığı; ingilis və xarici dil bilikləri üstünlükdür;
- Canva, Adobe Spark və digər vizual kontent hazırlama vasitələri ilə ilkin dizayn bacarığı;
- Komanda ilə işləmə, kreativ yanaşma, operativlik və təşəbbüskarlıq;
- SEO əsaslı məzmun hazırlamaq və rəqəmsal kontentin optimizasiyası üzrə biliklər;
- Korporativ kommunikasiya və brend strategiyası üzrə əsaslı anlayış;
- Təqdimat bacarığı, daxili maarifləndirmə kampaniyalarının hazırlanmasında iştirak təcrübəsi;
- Sektor üzrə media və kommunikasiya kampaniyalarına dair məlumatlılıq və təhlil təqdim etmək bacarığı.