Korporativ müqavilələr üzrə aparıcı hüquqşünas
Baku City Residence
Ə/h razılaşma ilə
528
Tam iş günü
Bakı,
Azərbaycan
01/10/2026
-
15/10/2026
İş haqqında məlumat
- İş yeri: Ofis
- Müqavilələrin icrasına hüquqi nəzarəti həyata keçirilməsi.
- Daşınmaz əmlak əməliyyatları üzrə hüquqi sənədlərin hazırlanması.
- Daşınmaz əmlak əməliyyatları üzrə müqavilələrin hazırlanması (alqı-satqı, icarə, investisiya, podrat və s.)
- Müqavilələrin Azərbaycan Respublikasının Mülki Məcəlləsi və digər normativ hüquqi aktların tələblərinə uyğunluğunun yoxlanılması
- İddia və pretenziya işlərinin aparılması, qarşı tərəfə rəsmi bildirişlərin, tələblərin və cavabların hazırlanması
- Müqavilə risklərinin hüquqi təhlilinin aparılması və rəhbərliyə hüquqi rəy verilməsi
- Müqavilələrin icrasına hüquqi nəzarətin həyata keçirilməsi
- Mübahisəli hüquqi məsələlər üzrə hüquqi rəy və tövsiyələrin hazırlanması
- Dövlət qurumları və digər təşkilatlarla hüquqi yazışmaların aparılması
- Hüquqi sənədlərin hazırlanması və müqavilə arxivinin idarə olunması
- İş qrafiki: Bazar ertəsi-Cümə;
- Azərbaycan Respublikası Əmək qanunvericiliyinə əsasən rəsmiləşdirmə;
- Əmək haqqı: Razılaşma yolu ilə.
Tələblər
- Minimum 7 il iş təcrübəsi;
- Ali təhsil (Hüquqşünas ixtisası üzrə);
- Dil bilikləri: Azərbaycan dili (sərbəst), Rus və ingilis dili (arzuolunandır);
- MS Office proqramlarını ( Word, Excel, Outlook) və ofis avadanlıqlarından istifadəni bilməli;
- AR Konstitusiyası, Əmək Məcəlləsi, Mülki Məcəlləsi, Daşınmaz əmlakın dövlət reyestri haqqında qanun, digər normativ hüquqi aktları bilməli;
- Analitik düşüncə və problem həll etmə bacarığı;
- Ünsiyyətcil, məsuliyyətli və komandada işləmək bacarığı;