Novator HRC MMC

Korporativ Satış Meneceri

Novator HRC MMC
1500 - 3000 ₼
3904
Tam iş günü
Bakı, Azərbaycan
19.09.2025 02:48 - 19.10.2025 12:00

İş haqqında məlumat

“Novator HRC” olaraq komandamıza korporativ satış sahəsində təcrübəli menecer axtarırıq! Əgər satış strategiyaları qurmaq, böyük müştəri portfeli ilə işləmək istəyirsinizsə, sizi bizimlə əməkdaşlığa dəvət edirik.

Vəzifələr:

  • Şirkətin korporativ satış strategiyasının hazırlanması və həyata keçirilməsi;
  • Mövcud və potensial HoReCa, Səhiyyə, və digər B2B müştərilərlə uzunmüddətli əməkdaşlıqların qurulması;
  • Kimyəvi yuyucu vasitələr, dezinfeksiyaedici məhsullar və təmizlik avadanlıqlarının tanıtımı və satışı;
  • Satış planlarının icrası və aylıq-həftəlik hesabatların təqdimatı;
  • Müştəri məmnuniyyətinin təmin olunması və xidmət səviyyəsinin yüksəldilməsi;
  • Yeni məhsulların bazara çıxarılması zamanı marketinq və satış nümayəndələri ilə birgə fəaliyyət göstərmək.

İş şəraiti və üstünlüklər:

  • Rəqabətli əmək haqqı (1500-3000);
  • Yanacaq və ezamiyyə xərcləri qarşılanır;
  • Həftədə 1 gün istirahət;
  • Şirkət tərəfindən peşəkar inkişaf təlimləri;
  • Karyerada yüksəlişi imkanları.

Bizimlə əməkdaşlıq etmək, yeni uğurlar əldə etmək istəyirsinizsə, CV faylınzı mövzu hissəsində “B2B MENECER” yazaraq [email protected] ünvanına göndərin!

 

Tələblər

  • Ali təhsil ;
  • Sürücülük vəsiqəsi və şəxsi avtomobilin olması mütləqdir;
  • Korporativ satış sahəsində minimum 3 il rəhbər vəzifədə iş təcrübəsi mütləqdir;
  • HoReCa sektorunda iş təcrübəsi mütləqdir;
  • Təmizlik və gigiyena məhsullarının satışı sahəsində təcrübə üstünlükdür;
  • Azərbaycan dilində mükəmməl danışıq və yazı bacarığı, rus dili biliyi üstünlükdür.
  • Satış strategiyalarının hazırlanması, komanda idarəçiliyi və müştəri yönümlü yanaşma bacarıqları.