Almep Engineering Group

Korporativ satış meneceri

Almep Engineering Group
Ə/h razılaşma ilə
3362
Tam iş günü
Bakı, Azərbaycan
16/12/2025 - 23/12/2025

İş haqqında məlumat

  • Şirkətin məhsul portfelini B2B müştərilərə təqdim etmək və korporativ satış prosesini idarə etmək;
  • Yeni biznes müştərilərinin cəlb edilməsi və potensial B2B tərəfdaşların müəyyənləşdirilməsi;
  • Tikinti şirkətləri, podratçılar, elektrik montaj şirkətləri, zavod və müəssisələrlə mütəmadi görüşlər;
  • Müştərilərin layihələrinə uyğun məhsul təkliflərinin hazırlanması;
  • Qiymət təklifləri, kommersiya təklifləri və müqavilə şərtlərinin hazırlanması;
  • Tender proseslərində iştirak və tender sənədlərinin hazırlanmasına dəstək;
  • Satış planlarının yerinə yetirilməsi və aylıq/ rüblük hədəflərə çatmaq;
  • Mövcud B2B müştərilərlə uzunmüddətli əməkdaşlığın qurulması və münasibətlərin idarə olunması;
  • Satış sonrası dəstək və müştəri məmnuniyyətinə nəzarət;
  • Bazar araşdırması, rəqiblərin analizi və satış strategiyalarının təkmilləşdirilməsi;
  • Rəhbərliyə satış hesabatlarının təqdim olunması.

İş şərtləri:

  • İş qrafiki: 6 günlük iş həftəsi (09:00-18:00, şənbə qısa iş günü);
  • Əmək haqqı: Sabit maaş + yüksək bonus sistemi (B2B satış performansından asılı olaraq);
  • Korporativ telefon və danışıq paketi;
  • Şəxsi avtomobil olduqda yanacaq xərclərinin ödənilməsi;
  • Karyera inkişafı üçün təlimlər və yüksəlmə imkanları;
  • Əmək haqqı namizədin bilik və bacarığına əsasən müsahibə əsasında təyin olunacaq;
  • Azərbaycan Respublikası ƏM-nin qanunvericiliyinə əsasən sənədləşmə.

Tələblər

  • Yaş - 25-35;
  • Orta və ya ali təhsil;
  • Dillər : Azərbaycan və Rus dili (ingilis dili üstünlükdür);
  • Satış sahəsində B2B üzrə minimum 3 il iş təcrübəsi;
  • Korporativ müştərilərlə danışıqlar aparmaq bacarığı;
  • Güclü satış, təqdimat və kommunikasiya bacarıqları;
  • Məsuliyyətli, motivasiyalı və nəticə yönümlü olmaq;
  • MS Office üzrə biliklər;
  • Sürücülük vəsiqəsi (B kateqoriyası) — üstünlükdür;
  • Kollektivdə işləmək bacarığı.

“CV”-lərinizi Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına mövzu yerində "Korporativ satış meneceri" başlığı yazmaqla göndərməyiniz xahiş olunur.

Qeyd: Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.