SalArchi Group

Korporativ Satış Meneceri

SalArchi Group
800 ₼
1910
Tam iş günü
Bakı, Azərbaycan
21/01/2026 - 04/02/2026

İş haqqında məlumat

  • Korporativ müştərilərin aktiv axtarışı və ilkin əlaqənin qurulması
  • Potensial müştərilərlə görüşlərin təşkili
  • Şirkətin xidmət paketləri üzrə təqdimatların keçirilməsi
  • Müştəri ehtiyaclarının analizi və uyğun həllərin təklifi
  • Satış planına uyğun hədəflərin icrası və nəticələrin çatdırılması
  • Müştəri bazasının formalaşdırılması və uzunmüddətli əlaqələrin qurulması

İş şəraiti:

  • İş günləri və saatı: Bazar ertəsi – Cümə | 09:00 – 18:00
  • Əmək haqqı: 800 AZN + satışdan bonus

Təklif etdiklərimiz:

  • Rəqabətədavamlı əmək haqqı + bonus sistemi 
  • Satış peşəsinə dəyər verilən mühit
  • Komanda dəstəyi və inkişaf yönümlü yanaşma
  • Real nəticə qazandıran korporativ layihələrdə iştirak
  • Satış sahəsində təlim və mentor dəstəyi

Tələblər

  • Xanım namizəd
  • Ali təhsil
  • Minimum 2 il B2B və ya korporativ satış təcrübəsi
  • Yüksək ünsiyyət və təqdimat bacarığı
  • Müzakirə və razılaşma aparmaq bacarığı
  • Nəticə yönümlü və təşəbbüskar yanaşma
  • Azərbaycan dili sərbəst, rus dili üstünlükdür

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.