Avto Motor Servis

Korporativ Satış meneceri

Avto Motor Servis
700 - 1000 ₼
543
Tam iş günü
Bakı, Azərbaycan
31/03/2026 - 14/04/2026

İş haqqında məlumat

Azərbaycanda Mobil yağlarının rəsmi distribütoru olan “AMS” tərəfindən şirkətlərə satışı həyata keçirilməsi üçün korporativ satış meneceri axtarılır.

  • Şirkət məhsullarının satışının təşkili
  • Sənaye tipli müəssisələrlə isləmək
  • Müştərilərə məhsulun keyfiyyəti, tərkibi və digər fərqləndirici xüsusiyyətləri barədə məlumat verilməsi
  • Rəhbərliyə görülmüş işlər barədə hesabatların verilməsi
  • Şirkətin təqdim etdiyi bütün malların xüsusiyyətləri və qiymətləri haqqında tam informasiyaya sahib olmalı
  • Müştərilərlə sıx əlaqədə olmaq, onların ehtiyac və tələblərini analiz etmək

İş şəraiti:

  • Həftə içi 5 gün 09:00-dan 18:00-dək, şənbə günü 09:00-dan 15:00-dək iş qrafiki
  • Rəqabətə davamlı əmək haqqı və bonus sistemi
  • Peşəkar inkişaf və karyera yüksəlişi imkanı
  • Əmək haqqı: 700-1000 + satışdan %
  • Korporativ nömrə ilə təmin olunacaq
  • Ünvan: Badamdar şosesi
     

Tələblər

  • Azərbaycan dilində səlist nitq (Rus və İngilis dilləri arzuolunandır)
  • CV-də və ya E-maildə universitetə giriş balı mütləq şəkildə qeyd olunmalıdır
  • Word, Excel və Outlook proqramları ilə işləmə bacarığı
  • Yüksək ünsiyyətqurma qabiliyyəti
  • Aktiv şəkildə yeni müştəri axtarmaq
  • Aktiv, çevik, təşəbbüskar, ünsiyyətcil, məsuliyyətli
  • İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti
  • CRM programını istifadə etmək və ya qısa bir zaman içərisində öyrənmək bacarığı
  • Şəxsi avtomobilin olması üstünlükdür

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.