Kv

Korporativ Satış Meneceri

Kağız və Karton MMC
Ə/h razılaşma ilə
509
Tam iş günü
Sumqayıt, Azərbaycan
21/04/2026 - 05/05/2026

İş haqqında məlumat

Satış strategiyalarının qurulması, yeni müştərilərlə əlaqələrin yaradılması və bazar imkanlarının dəyərləndirilməsi sahəsində peşəkarsınızsa – bu vəzifə sizin üçündür!

  • Şirkətin korporativ satış strategiyasının hazırlanması və icrasına nəzarət etmək;
  • Müştəri bazasının formalaşdırılması və uzunmüddətli əməkdaşlıqların qurulması;
  • Satışla bağlı bazar tendensiyalarını və rəqibləri analiz etmək;
  • İnternet və digər media kanalları üzərindən potensial müştəri və tender imkanlarını müəyyənləşdirmək;
  • Potensial satış nöqtələrinə ziyarətlər, ehtiyac analizlərinin aparılması;
  • Müştərilərlə görüşlər, təqdimatlar və danışıqların aparılması;
  • Satış hədəflərinə nail olmaq və satış göstəricilərini artırmaq.

İş şəraiti və təkliflər:

  • İş qrafiki: Bazar ertəsi – Şənbə | 09:00 – 18:00
  • Əməkhaqqı: Razılaşma yolu ilə + KPİ bonus sistemi
  • Azərbaycan Respublikası Əmək məcəlləsinə əsasən sənədləşmə
  • İş yeri: Sumqayıt Kimya Sənaye Parkı

Tələblər

  • Ali təhsil
  • Yaş həddi: 30–45;
  • Şəxsi avtomobilin olması. ( amortizasiya + yanacaq xərcləri ödəniləcək )
  • Korporativ satış sahəsində minimum 2 illik iş təcrübəsi;
  • Karton qutu, tara və kağız satışı üzrə təcrübə üstünlükdür;
  • Korporativ satış texnikalarına, danışıqlar aparmaq və təqdimat bacarıqlarına sahib olmalı;
  • Aktiv, təşəbbüskar və nəticəyönümlü olmalı.

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.