SalArchi Group

Korporativ Satış Meneceri

SalArchi Group
Ə/h razılaşma ilə
731
Tam iş günü
Bakı, Azərbaycan
24/04/2026 - 08/05/2026

İş haqqında məlumat

  • SalArchi Group – Azərbaycanda korporativ satış üzrə ilk ixtisaslaşmış konsaltinq şirkətidir.
  • Bizneslərə satış strategiyası, diaqnostika, sistem qurulması və outsource satış xidmətləri təqdim edirik.
  • Komandamıza satışda peşəkarlıq və nəticəyə fokus göstərən xanım Korporativ Satış Meneceri axtarırıq.

İş şəraiti

  • İş günləri və saatı: Bazar ertəsi – Cümə | 09:00 – 18:00
  • Əmək haqqı: Fix + satışdan %

Vəzifə öhdəlikləri:

  • Korporativ müştərilərin aktiv axtarışı və ilkin əlaqənin qurulması
  • Potensial müştərilərlə görüşlərin təşkili
  • Şirkətin xidmət paketləri üzrə təqdimatların keçirilməsi
  • Müştəri ehtiyaclarının analizi və uyğun həllərin təklifi
  • Satış planına uyğun hədəflərin icrası və nəticələrin çatdırılması
  • Müştəri bazasının formalaşdırılması və uzunmüddətli əlaqələrin qurulması

​​​​​​​Təklif etdiklərimiz:

  • Rəqabətədavamlı əmək haqqı + bonus sistemi 
  • Satış peşəsinə dəyər verilən mühit
  • Komanda dəstəyi və inkişaf yönümlü yanaşma
  • Real nəticə qazandıran korporativ layihələrdə iştirak
  • Satış sahəsində təlim və mentor dəstəyi

Tələblər

  • Xanım namizəd
  • Ali təhsil
  • Minimum 3 il B2B və ya korporativ satış təcrübəsi
  • Yüksək ünsiyyət və təqdimat bacarığı
  • Müzakirə və razılaşma aparmaq bacarığı
  • Nəticə yönümlü və təşəbbüskar yanaşma
  • Azərbaycan dili sərbəst, rus dili üstünlükdür

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.