Asterias

Korporativ Satış Meneceri

Asterias
Ə/h razılaşma ilə
275
Tam iş günü
Bakı, Azərbaycan
12/05/2026 - 26/05/2026

İş haqqında məlumat

  • Yeni müştərilərin cəlb edilməsi, potensial müştərilərin axtarışı;
  • Mövcud olan müştəri bazasının genişləndirilməsi və satış həcminin artırılması;
  • Müştərilərlə görüşlər təyin etmək və görüş zamanı təqdimatlar keçirmək;
  • Müştərilərlə sıx əlaqədə olmaq, işgüzar danışıqların və yazışmaların aparılması;
  • Mövcud qanunvericiliyə və beynəlxalq standartlara uyğun olaraq satış sənədlərinin hazırlanması;
  • Satış prosesinin planlaşdırılması və təşkil edilməsi;
  • Müştəridən daxil olan sorğuların və sifarişlərin qəbul edilməsi, qeydiyyatı və təhlili;
  • Təkliflərin müştərilərə təqdim edilməsi və izlənilməsi.
  • Müəyyən edilmiş satış planı çərçivəsində müntəzəm olaraq aylıq, rüblük və illik hesabatların verilməsi;
  • Müştərilərlə qarşılıqlı əlaqələrin qurulması və tələblərin yerinə yetirilməsi, i
  • Müştərinin sifarişinin çatdırılması mərhələrinin izlənməsi və proses zamanı yaranan uyğunsuzluqların aradan qaldırılması;
  • Rəqiblər və bazar tendensiyaları barədə məlumat toplamaq və analiz aparmaq, satış strategiyalarını təkmilləşdirmək.
  • Müştəri məmnuniyyətinin artırılması üçün əlavə xidmətlərin və kampaniyaların hazırlanmasında iştirak etmək;
  • Ödənişlərin vaxtında edilməsi üçün müştərilərlə danışıqların aparılması.

İş yeri: Asterias Təlim və İnkişaf Mərkəzi

Əmək haqqı: Namizədin biliklərinə əsasən təyin ediləcəkdir. 

Tələblər

  • Satış sektorunda satış və ya xidmət üzrə mütəxəssis kimi ən azı 2 il iş təcrübəsi;
  • Güclü ünsiyyət və şəxsiyyətlərarası bacarıqlar;
  • MS Office, xüsusən MS Excel-də işləmə bacarığı;
  • Satış prinsipləri və müştəri xidməti təcrübələrinin dərindən başa düşülməsi;
  • Sənədlər və müqavilələrlə işləmək bacarığı;
  • Azərbaycan dili səlis, ingilis və rus dillərini yaxşı səviyyədə bilmək 

Şəxsi Bacarıqlar

  • Əla ünsiyyət bacarıqları;
  • Yüksək səviyyəli xidmət göstərmə zehniyyəti mütləqdir;
  • Zaman və məsuliyyət hissi ilə özünü motivasiya edən;
  • Öyrənmək üçün güclü həvəs;
  • İnsanlarla işləməyi sevən pozitiv komanda yoldaşı

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.