Packprin MMC

Korporativ satış meneceri

Packprin MMC
Ə/h razılaşma ilə
310
Tam iş günü
Bakı, Azərbaycan
11/06/2026 - 11/07/2026

İş haqqında məlumat

Çap və qablaşdırma sahəsində korporativ satış meneceri tələb olunur.

  • Yeni korporativ müştərilərin axtarışı və cəlb olunması;
  • Müştərilərin ehtiyaclarının müəyyən edilməsi və uyğun məhsul/xidmətlərin təklif olunması;
  • Kommersiya təkliflərinin hazırlanması və təqdim edilməsi;
  • Korporativ müştərilərlə görüşlərin keçirilməsi və işgüzar münasibətlərin qurulması;
  • Satış prosesinin başlanğıcdan son mərhələyədək idarə olunması;
  • Satış planlarının və müəyyən edilmiş KPI göstəricilərinin yerinə yetirilməsi;
  • Gündəlik zənglərin, görüşlərin və göndərilən kommersiya təkliflərinin hesabatının aparılması;
  • Müştərilərdən daxil olan sorğuların operativ şəkildə cavablandırılması;
  • Satış nəticələri üzrə aylıq hesabatların hazırlanması.

Tələblər

  • Korporativ satış (B2B) sahəsində minimum 1 il iş təcrübəsi;
  • Aktiv satış və müştəri cəlbetmə bacarığı;
  • Telefon danışıqları və işgüzar yazışma qaydalarını bilməli;
  • Kommersiya təkliflərinin hazırlanması və təqdim edilməsi bacarığı;
  • Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı;
  • MS Office proqramlarında işləmək bacarığı;
  • Yüksək ünsiyyət, təqdimat və danışıqlar aparmaq bacarığı;
  • Nəticəyönümlü, məsuliyyətli və təşəbbüskar olmalı;
  • Aylıq satış planı və KPI göstəriciləri ilə işləmək bacarığı;
  • Qarşıya qoyulan satış hədəflərinə çatmaq üçün aktiv fəaliyyət göstərmək.

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilərlər.

 

Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz!  Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun.