iMotors

Korporativ satış mütəxəssisi

iMotors
Ə/h razılaşma ilə
825
Tam iş günü
Bakı, Azərbaycan
16.10.2025 02:53 - 16.11.2025 12:00

İş haqqında məlumat

  • Pikap avtomobilləri və texniki xidmət paketlərini təklif etmək üçün potensial korporativ müştəriləri müəyyənləşdirmək və onlarla əlaqə qurmaq;
  • Mövcud korporativ müştərilərlə münasibətləri idarə etmək və genişləndirmək, müştəri məmnuniyyətini təmin etmək;
  • Müştərinin ehtiyaclarına uyğun peşəkar satış təqdimatları və kommersiya təklifləri hazırlamaq və təqdim etmək;
  • Qiymət təklifləri, çatdırılma qrafiki və satış sonrası xidmətlərlə bağlı mütəmadi olaraq müştərilərlə əlaqə saxlamaq;
  • Korporativ xidmət müqavilələrinin icrası üçün servis şöbəsi ilə koordinasiyalı şəkildə işləmək;
  • Bazar tendensiyalarını və rəqiblərin fəaliyyətini izləmək, rəhbərliyə müvafiq hesabatlar təqdim etmək;
  • Aylıq və illik B2B satış hədəflərinə nail olmaq;
  • Müştəri məlumatlarını və satış qeydlərini şirkətin CRM sistemində dəqiq şəkildə aparmaq;
  • Brendi təmsil etmək məqsədilə korporativ tədbirlərdə, məhsul təqdimatlarında və sərgilərdə iştirak etmək.

İş şərtlərimiz:

  • İş qrafiki: Tam iş günü (5 gün);
  • İş yeri: Babək prospekti, Keşlə qəsəbəsi, bina 38 A. (Azpetrol YDM-nin yaxınlığı).

Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Korporativ satış mütəxəssisi” yazaraq Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərmək və ya https://careers.ram.az/?vacancy=2029&source=UC_HBS8ZI link vasitəsi ilə keçid edərək birbaşa vakansiyaya müraciət etmək xahiş olunur. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Tələblər

  • Ali təhsil;
  • Korporativ satış sahəsində 1-3 il iş təcrübəsi(Avtomobil satışı üzrə təcrübə üstünlükdür);
  • Azərbaycan dili səlis, rus dili əla, ingilis dili biliyi arzuolunandır;
  • Ofis proqramları (MS Word, Excel, PowerPoint, Outlook) ilə işləmək bacarığı;
  • Sürücülük vəsiqəsi.


Oxşar vakansiyalar