Bakı,
Azərbaycan
22/07/2026
-
05/08/2026
İş haqqında məlumat
- Yeni korporativ müştərilərin cəlb edilməsi və müştəri bazasının genişləndirilməsi;
- Mövcud müştərilərlə uzunmüddətli əməkdaşlıq münasibətlərinin qurulması və idarə edilməsi;
- Müştəri ehtiyaclarının müəyyən edilməsi və uyğun xidmətlərin təqdim edilməsi;
- Kommersiya təkliflərinin hazırlanması və təqdim edilməsi;
- Müqavilələrin hazırlanması və danışıqların aparılması;
- Satış planının icrası və müntəzəm hesabatların hazırlanması;
- Bazarın və rəqiblərin təhlilinin aparılması.
İş şəraiti:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə;
- 5 günlük iş həftəsi;
- İş yeri: Bakı şəhəri, Səbail rayonu, M. Rəsulzadə 2
Tələblər
- Ali təhsil;
- Korporativ satış sahəsində minimum 2 il iş təcrübəsi;
- Logistika və ya nəqliyyat sahəsində satış təcrübəsinə malik namizədlərə üstünlük verilir;
- Azərbaycan dilini sərbəst bilmək (Rus və İngilis dili üstünlükdür);
- MS Office proqramlarında işləmək bacarığı;
- Güclü ünsiyyət, təqdimat və danışıqlar aparmaq bacarığı;
- Nəticəyönümlü, məsuliyyətli və təşəbbüskar olmaq.
Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilərlər.
Diqqət! İşə düzəltmək məqsədi ilə heç bir şəxs və ya qurum sizdən əvvəlcədən ödəniş tələb edə bilməz! Dələduzluq hallarından qorunmaq üçün diqqətli olun