Fateh İnşaat MMC

Korporativ Satış Mütəxəssisi

Fateh İnşaat MMC
Ə/h razılaşma ilə
377
Tam iş günü
Bakı, Azərbaycan
03/09/2026 - 17/09/2026

İş haqqında məlumat

Fateh İnşaat” MMC Korporativ Satış Mütəxəssisi (xanım) vəzifəsi üzrə vakansiya elan edir

İş şəraiti

  • İş yeri: Bakı şəhəri
  • İş rejimi: Tam iş günü, həftədə 5 gün
  • İş saatları: 09:00–18:00
  • Nahar fasiləsi: 13:00–14:00

Vəzifə öhdəlikləri

  • Korporativ (B2B) müştərilərin cəlb edilməsi və yeni müştəri bazasının formalaşdırılması;
  • Tikinti layihələrinin, tikinti materiallarının, eləcə də şirkətin digər məhsul və xidmətlərinin korporativ müştərilərə təqdim edilməsi;
  • Potensial müştərilərlə görüşlərin təşkili, təqdimatların keçirilməsi və kommersiya danışıqlarının aparılması;
  • Dövlət və özəl müəssisələr, tikinti şirkətləri, podratçı və subpodratçı təşkilatlarla əməkdaşlıq əlaqələrinin qurulması;
  • Müştəri ehtiyaclarının təhlil edilməsi və uyğun kommersiya təkliflərinin hazırlanaraq təqdim olunması;
  • Satış prosesinin bütün mərhələlərinin — sorğu, qiymət təklifi, müqavilə, sifariş və icra proseslərinin koordinasiya edilməsi;
  • Müştərilərdən daxil olan sorğuların qəbulu, qeydiyyatı və operativ cavablandırılması;
  • Satış müqavilələrinin hazırlanması, imzalanması və icrasına nəzarət edilməsi;
  • Bazarın və rəqiblərin fəaliyyətinin mütəmadi təhlil edilməsi, inkişafla bağlı rəhbərliyə təkliflərin təqdim olunması;
  • Aylıq, rüblük və illik satış hesabatlarının hazırlanaraq rəhbərliyə təqdim edilməsi;
  • Birbaşa rəhbər tərəfindən verilən tapşırıqların vaxtında və keyfiyyətlə yerinə yetirilməsi.

Tələblər

  • Ali təhsil (biznesin idarə edilməsi, marketinq, menecment, iqtisadiyyat və ya digər uyğun ixtisaslar üzrə);
  • Korporativ satış (B2B) sahəsində minimum 1 il iş təcrübəsi;
  • Tikinti sektorunda və ya tikinti materiallarının satışı sahəsində praktiki iş təcrübəsi;
  • Tikinti bazarı, məhsullar və müştəri seqmentləri barədə məlumatlı olmaq;
  • Azərbaycan dilində səlis şifahi və yazılı ünsiyyət bacarığı;
  • Microsoft Office proqramlarında (Word, Excel, PowerPoint və Outlook) sərbəst işləmək bacarığı;
  • Yüksək məsuliyyətlilik, nəticəyönümlülük və təşəbbüskarlıq;
  • Komandada işləmək və vaxtı düzgün idarə etmək bacarığı.

Şəxsi keyfiyyətlər

  • Güclü ünsiyyət və təqdimat bacarıqları;
  • Aktiv, çevik və təşəbbüskar olmaq;
  • Danışıqlar aparmaq və inandırmaq bacarığı;
  • Məsuliyyətli və intizamlı olmaq;
  • Müştəriyönümlü yanaşma.