Bakı,
Azərbaycan
29.05.2025 15:30
-
29.06.2025 12:00
İş haqqında məlumat
- Korporativ satış üzrə qısa və uzunmüddətli strategiyaların hazırlanması;
- İllik və aylıq satış planlarının və hədəflərinin müəyyən edilməsi;
- Bazar seqmentlərinə uyğun satış modellərinin yaradılması və tətbiqi;
- Əsas və strateji B2B müştərilərlə yüksək səviyyəli münasibətlərin qurulması;
- Böyük həcimli və mürəkkəb satış proseslərinə rəhbərlik etmək;
- Müştəri məmnuniyyətinin və uzunmüddətli əməkdaşlığın təmin olunması;
- Satış göstəricilərinin təhlili və dövri hesabatların hazırlanması;
- Rəhbərliyə satış fəaliyyəti ilə bağlı hesabatların təqdim olunması;
- Bazarda rəqib analizlərinin aparılması və bazar payının artırılmasına dair tədbirlərin görülməsi;
- Təklif və layihə sənədlərinin koordinasiyası;
- Müştəri müqavilələrinin hüquqi və kommersiya baxımından yoxlanması və razılaşdırılması.
İş qrafiki: I-V günlər (09:00-18:00); İstirahət günləri: şənbə və bazar;
İş yeri: H.Əliyev pr.152, Çinar Plaza.
Tələblər
- Ali təhsil (Biznesin idarə olunması, Satış və ya Texniki sahələr üzrə);
- Elektronika sahəsində və B2B satış təcrübəsi (minimum 3-5 il rəhbər vəzifədə);
- Satış strategiyasının hazırlanması və icrasına dair təcrübə;
- Güclü liderlik, qərarvermə və problem həll etmə bacarığı;
- Analitik düşüncə və nəticəyə yönümlü iş prinsipi;
- Satış platformalarında iş təcrübəsi;
- Azərbaycan və rus dili sərbəst, ingilis dili bilikləri arzuolunandır;
- Korporativ etika və məsuliyyətli yanaşma;
- İctimai təqdimat və danışıqlar bacarığı.