Bakı,
Azərbaycan
10.06.2025 18:00
-
10.07.2025 12:00
İş haqqında məlumat
- Potensial korporativ müştərilərlə əlaqə yaratmaq, şirkətin məhsul və xidmətləri barədə ətraflı məlumat təqdim etmək;
- Korporativ satış planını yerinə yetirmək üçün müştəri bazasını genişləndirmək və yeni partnyorlar cəlb etmək, mütəmadi olaraq əlaqə saxlamaq;
- Müştərinin ehtiyaclarını təhlil edərək fərdi təkliflər hazırlamaq və təqdim etmək;
- Müştərilərlə uzunmüddətli əməkdaşlıq qurmaq və satış sonrası əlaqəni qorumaq;
- Şirkət daxili təklif və qiymət formalarının hazırlanmasına və koordinasiyasına nəzarət etmək;
- Satış müqavilələrinin hazırlanması, imzalanması və icrasına nəzarət etmək;
- Aylıq, rüblük və illik satış hədəflərinə çatmaq üçün rəhbərliyə hesabatlar təqdim etmək;
- Korporativ bazardakı tendensiyaları izləmək və rəqiblər barədə analizlər aparmaq;
- Mövcud korporativ müştərilərin tələblərini cavablandırmaq və onların məmnuniyyətini təmin etmək;
- Korporativ satış fəaliyyəti üzrə hər ay, rüb və ilin sonunda SWOT təhlili aparmaq, nəticələri və inkişaf təkliflərini rəhbərliyə təqdim etmək;
- Tam maddi məsuliyyət haqqında müqavilə imzalamaq;
- Birbaşa rəhbərin tapşırıqları əsasında aidiyyatı funksiyaları icra etmək;
- İş qrafiki: 5 günlük rəsmi iş qrafiki, 09:00-18:00;
- Nahar şirkət tərəfindən təmin edilir;
- Azərbaycan Respublikası Əmək məcəlləsi əsasında rəsmiləşdirmə;
- Əmək haqqı: 900 azn + bonus ;
- B2B görüşlərlə bağlı nəqliyyat və danışıq xərcləri qarşılanır;
- Ofis- Dərnəgül. Ziya Bünyadov pr 2071.
Tələblər
- Təhsili: Ali təhsil;
- İş təcrübəsi: minimum 3 il;
- Dillər: Azərbaycan dili (rus dili və ingilis dili arzuolunandır.)Ünsiyyət qurmaq bacarığı;
- Kollektivdə işləmək bacarığı;
- İşdə dəqiqlik və detallara fikir vermə məsuliyyəti.