Sapphire Hotels Group

Korporativ Satış üzrə menecer

Sapphire Hotels Group
1500 - 1700 ₼
248
Tam iş günü
Bakı, Azərbaycan
13/11/2025 - 21/11/2025

İş haqqında məlumat

  • Hotellər üçün korporativ satışların inkişaf etdirilməsi və artırılması;
  • Korporativ müştərilər və səyahət agentlikləri ilə güclü və uzunmüddətli əlaqələrin qurulması və qorunması;
  • Yeni korporativ hesabların müəyyən edilməsi və cəlb edilməsi, mövcud müştərilərlə əməkdaşlığın aktiv saxlanılması;
  • Satış hesabatlarının hazırlanması və bazar təhlilində iştirak;
  • Marketinq və rezervasiya komandaları ilə koordinasiyalı şəkildə işləyərək müştəri məmnuniyyətinin təmin olunması.

İş şəraiti:

  • İş rejimi 5 günlük;
  • İş saatları: 09:00-18:00;
  • Vəzifə üzrə əmək haqqı: 1500-1700 AZN.

Təminatlar:

  • Şirkət tərəfindən nahar təminatı;
  • Xidməti telefon və mobil nömrə.

Müraciət qaydası: CV-nizi mövzu hissədə “Korporativ Satış üzrə Menecer” qeyd edərək Müraciət Et düyməsində göstərilən elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.

Müraciət üçün son tarix: 21 noyabr 2025-ci il

Tələblər

  • Qonaqpərvərlik sahəsində korporativ satış təcrübəsi;
  • Müştəri yönümlü yanaşma, ünsiyyət və danışıqlar aparmaq bacarığı;
  • Satış strategiyalarının hazırlanması və həyata keçirilməsi üzrə bilik və bacarıq;
  • Analitik düşüncə, planlaşdırma və nəticə yönümlü iş prinsipi;
  • MS Office və CRM proqramlarında sərbəst işləmək bacarığı;
  • Azərbaycan dili səlis, həmçinin Rus və İngilis dillərində yazılı və şifahi yüksək ünsiyyət bacarığı.