PITS Global Data Recovery Services

Korporativ Satış üzrə Menecer

PITS Global Data Recovery Services
Ə/h razılaşma ilə
3302
Tam iş günü
Bakı, Azərbaycan
04/02/2026 - 18/02/2026

İş haqqında məlumat

  • Korporativ (B2B) müştərilərin cəlb edilməsi və mövcud müştərilərlə uzunmüddətli biznes əlaqələrinin qurulması, idarə olunması
  • Müştərilərlə görüşlərin təyin edilməsi, satış görüşləri və təqdimatların keçirilməsi
  • Müştəri ehtiyaclarına uyğun məhsul və xidmət həllərinin təklif edilməsi
  • Satış planlarının icrası və hədəflərə çatmaq
  • Qiymət təkliflərinin hazırlanması və müqavilə prosesinin koordinasiyası
  • Müştərilərlə uzunmüddətli əməkdaşlıq qurmaq, Satış sonrası əlaqələrin qorunması və müştəri məmnuniyyətinin təmin edilməsi
  • Zənglər və görüşlər haqqında məlumatların CRM sisteminə daxil edilməsi
  • Bazarın və rəqiblərin araşdırılması, analizlərin aparılması və tələbatın müəyyənləşdirilməsi
  • Potensial müştərilərin cəlb edilməsi və müştəri bazasının formalaşdırılması
  • Müştəri şikayətlərinin operativ və effektiv həll edilməsi
  • Tenderlərdə iştirak üçün zəruri sənədlərin hazırlanması
  • Gündəlik, həftəlik, aylıq və illik hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi

İş şəraiti:

  • Yer: Bakı
  • İş qrafiki: Tam ştat, ofisdaxili

Biz nə təklif edirik:

  • Rəqabətli əməkhaqqı + motivasiyaedici bonus sistemi
  • Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən rəsmi işə qəbul
  • Karyera inkişafı, davamlı təlimlər və peşəkar mühit
  • Dinamik və nəticəyönümlü komanda
  • B2B görüşlərlə bağlı nəqliyyat və danışıq xərclərinin qarşılanması

Tələblər

  • Ali təhsil
  • Korporativ/B2B satış sahəsində minimum 1 il iş təcrübəsi
  • Güclü ünsiyyət, Təqdimat və Səlis nitq qabiliyyəti
  • Analitik düşünmə və satış strategiyası qurma,bazar analizi bacarığı
  • Müştəri psixologiyasını anlama və Analitik düşünmə bacarığı
  • Səlis Azərbaycan dili (İngilis dili – orta səviyyə, əlavə dillər üstünlükdür)
  • MS Office (Word, Excel, Outlook) və CRM sistemləri ilə yaxşı səviyyədə işləmə bacarığı
  • Operativlik, dəqiqlik və vaxtın düzgün idarə olunması
  • Pozitiv, enerjili və nəticəyönümlü olmaq
  • IT sahəsi üzrə biliklərin olması üstünlükdür
  • Xanım namizədlərə üstünlük verilir

Müraciət etmək istəyən namizədlər öz CV-ni "CV göndər📤" düyməsindən istifadə edərək göndərə bilər.