hrin.az
Reklam

Korporativ satış üzrə menecer

Santral Elektrik LTD

Əmək haqqı: Razılaşma

258618 noyabr 2026
Təcrübə1 ilə qədər
İş qrafikiTam iş günü
ŞəhərBakı
CinsFərq etməz
YaşYaş fərqi yoxdur
Kompüter bilikləriYaxşı
TəhsilBakalavr
Azərbaycan diliƏla
Rus diliYoxdur
İngilis diliYoxdur

İş haqqında

Vakansiya haqqında

Şöbə: Korporativ satış və tender
Hesabat verdiyi şəxs: Şöbə rəhbəri / Satış və marketinq direktoru

Tələblər:

  • Ali təhsil
  • Korporativ satış sahəsində minimum 1 il iş təcrübəsi
  • Azərbaycan dilini sərbəst bilmək, rus və ingilis dilləri arzuolunandır
  • Kompüter bilikləri: MS Office, 1C/ERP, e-poçt və onlayn platformalar
  • Satış texnikaları, təqdimat bacarıqları, müştəri idarəçiliyi

Vəzifə öhdəlikləri:

Müştəri və satış fəaliyyəti

  • Potensial və mövcud korporativ müştərilərlə əlaqə yaratmaq və şirkətin məhsul və xidmətləri barədə ətraflı məlumat təqdim etmək
  • Korporativ satış planını yerinə yetirmək üçün müştəri bazasını genişləndirmək və yeni partnyorlar cəlb etmək
  • Müştərinin ehtiyaclarını təhlil edərək fərdi təkliflər hazırlamaq və təqdim etmək
  • Müştərilərlə uzunmüddətli əməkdaşlıq qurmaq və satış sonrası əlaqəni qorumaq
  • Müştəri şikayətlərinin operativ və effektiv həllini təmin etmək

Müqavilə və maliyyə sənədlərinin idarə olunması

  • Şirkətdaxili təklif və qiymət formalarının hazırlanmasına və koordinasiyasına nəzarət etmək
  • Satış müqavilələrinin hazırlanması, imzalanması və icrasına nəzarət etmək
  • Ödəniş sənədlərinin hazırlanması, imzalanması və müştəriyə göndərilməsinə nəzarət etmək
  • Müştəri borclarına və anbar qalığına daimi nəzarət etmək

Analitik və strateji fəaliyyət

  • Aylıq, rüblük və illik satış hədəflərinə çatmaq üçün birbaşa rəhbərə hesabatlar təqdim etmək
  • Mövcud korporativ müştərilərin tələblərini cavablandırmaq və onların məmnuniyyətini təmin etmək
  • Vəzifə üzrə tələb olunan bilikləri daim artırmaq, şirkətin təlim proqramlarında iştirak etmək

Daxili qaydalar və etik prinsiplər

  • Müştərinin tələb etdiyi məhsul stokda olmadıqda ehtiyaca uyğun alternativ təkliflər hazırlamaq
  • Şirkətin müəyyən etdiyi dress-code qaydalarına riayət etmək
  • Şirkətə məxsus kommersiya və müştəri məlumatlarının məxfiliyini qorumaq

Açar bacarıqlar:

  • Strateji və analitik düşüncə – bazar proseslərini dərindən təhlil etmək
  • Korporativ satış və danışıqlar – yüksək səviyyədə təqdimat, müzakirə və razılaşma bacarığı
  • Müştəri münasibətlərinin idarəsi – uzunmüddətli tərəfdaşlıq qurmaq və məmnuniyyəti qorumaq
  • Planlama və prioritetləşdirmə – çoxsaylı layihə və hədəfləri effektiv idarə etmək
  • Stressə davamlılıq və operativlik – fövqəladə şəraitdə çevik və düzgün qərar vermək

Təklif olunur:

  • Ofis: Dərnəgül, Ziya Bünyadov pr. 2071
  • 5 günlük iş qrafiki, 09:00–18:00
  • Nahar şirkət tərəfindən təmin edilir
  • Əmək haqqı müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaq (bonus – şəxsi və komanda hədəfi ilə)
  • B2B görüşlərlə bağlı nəqliyyat və danışıq xərcləri qarşılanır
Reklam